ABŞ və İsrail hakimiyyəti Yaxın Şərqdəki silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
Azpost.info xəbər verir ki, bu barədə “The New York Times” rəsmilərə istinadən yazıb.
“ABŞ-ın bölgədəki silahlı qüvvələri yüksək hazırlıq vəziyyətindədir. İsrail də ordusunu yüksək hazırlıq vəziyyətinə gətirib”, – məlumatda deyilir.
Səbəb Dəməşqdəki konsulluğa hücumdur. İndi Vaşinqton və Təl-Əviv İrandan cavab gözləyir.
İsrail rəsmisinin sözlərinə görə, döyüş bölmələri üçün məzuniyyətlər ləğv edilib, hava hücumundan müdafiə bölmələrində olan bəzi ehtiyatda olan hərbçilər geri çağırılıb və GPS siqnalları bağlanıb.
Bundan əvvəl İranın Ali dini lideri Əli Xamnei İsrailə müraciət edərək, Dəməşqdəki İran konsulluğuna hücuma görə cavab veriləcəyini vəd edib. İsrailin Dəməşqdəki konsulluğa endirdiyi zərbə nəticəsində 7 hərbi müşavir həlak olub.
Azpost.info