Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Hər xaricdə təhsil alanın xərclərini niyə dövlət ödəməlidir?

User 06 Aprel 2024 - 12:39 (Last updated: 21 May 2025 - 20:15)
kredit telebe03
Bu gün ölkəmizdən kənarda təhsil alan azərbaycanlı tələbələrin sayı 45 min nəfərdən çoxdur. Onların 25 minə qədəri təkcə qardaş Türkiyədə təhsil alır.
Xarici ölkələrdə təhsil almağa gedənlər əsasən 3 kateqoriya üzrədir:
1. Azərbaycanda keçirilən qəbul imtahanlarında bal toplaya bilməyib attestat ilə xarici ölkələrdə alanların.
2. SAT, İELTS, TOEFL, İBM kimi müxtəlif beynəlxalq imtahan nəticəsi ilə gedənlər.
3. Dövlət proqramı və ya dövlətlərarası proqramlar, ölkələrin özlərinin elan etdiyi təqaüd proqramıları (Scholarship) gedənlər.
Dövlət özünün ehtiyacı kadrların hazırlanması üçün proqram elan edir.
Misal üçün: 2007-2015-ci illər dövlət proqramı (3500 Azərbaycanlı gənc təhsil alıb və 95 milyon manat pul xərcləyib dövlət), 2019-2022-ci illəri əhatə edən beynəlxalq rəqabətlilik proqramı və 2022-2026-cı illəri əhatə edən proqram ( 2 min gəncin təhsili nəzərdə tutulur və 80 milyon manat pul ayırılıb).
Bu gün dünyanın ən nüfuzlu, reytinqli universitetinə qəbul olmaq çox asandır. İnanın ki, Kooperasiya Universitetinə bal toplayıb qəbul olmaq daha çətindir, nəinki SAT, İELTS TOEFL, DUOLİNGO kimi adi dil imtahanlarında iştirak edib qəbul olmaq.
Hazırda bütün universitetlər beynəlxalq reytinq cədvəlində irəliləyiş əldə etməsi üçün xarici ölkələrdən tələbə qəbuluna üstünlük verir və bunun üçün şərtləri asanlaşdırıblar.
Bəli, Konstitusiyamıza, Təhsil Haqqında qanuna görə dövlət istedadlı gənclərin təhsilinə qayğı göstərir. Amma bu o demək deyil ki, hərə əlində bir qəbul kağızı gətirib deyəcək ki, mənim xərcimi dövlət ödəsin.
Dövlət proqramı çərçivəsində dövlətin ehtiyacı olduğu kadrlara görə sifariş verib. Universitetlərin siyahısını açıqlayıb. Dövlət deyir ki, bax mənə bu universitetlərdə bu ixtisaslarda təhsil alan azərbaycanlı tələbələr lazımdır və onların böyük məmnuniyyətlə təhsil xərclərini ödəmək istəyirəm.
Niyə kimsə gedib ABŞ-da kompüter mühəndisliyi ixtisasında oxumalıdır və ona 60 min dollar hər il ödəniş edilməlidir?
Ondan da reytinqli, keyfiyyətli təhsil verən, kadr hazırlayan universitetlər İngiltərədədir.
Böyük Britaniyanın universitetləri bu istiqamətdə daha reytinqli və yaxşıdır.
Bəli, gənclərin təhsilinə dəstək olunmalıdır. Amma bu ədalətli olmalıdır.
Azərbaycanda təhsil alan tələbələrin 50 faizi pulsuz təhsil alır. 1-ci qrupda təhsil alan tələbələrin 80 faizi pulsuz oxuyur.
Bəli, bizə nüfuzlu universitetlərin məzunları lazımdır. Lakin dövlətin də ehtiyacını nəzərə almalıyıq.
Kamran ƏSƏDOV
Təhsil üzrə ekspert

Post navigation

Previous: ABŞ və İsrail ordularını yüksək döyüş hazırlığı vəziyyətinə gətiriblər
Next: “Lotu Quli”nin qətlində təqsirləndirilən iki nəfərə ömürlük həbs cəzası verilib

Oxşar xəbərlər

yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.