Ermənistan Baş naziri Nikol Paşinyan və Almaniya kansleri Olaf Şolts telefonla Bakı və İrəvan arasında danışıqlar prosesini amüzakirə ediblər.
Azpost.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada, 14 may və 15 iyul 2023-cü ildə Brüsseldə və 5 oktyabr 2023-cü ildə Qranadada razılaşdırılmış prinsiplər əsasında qərarlar qəbul etməyə hazır olduğunu bildirib.
Baş nazir bu prinsipləri təhrif etmək cəhdlərini qəbuledilməz hesab edib.
Azpost.info