Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

B12 vitamini xroniki iltihabı azaltmağa kömək edə bilər

Orkhan Ali 15 Aprel 2024 - 15:58 (Last updated: 21 May 2025 - 20:15)
17131823691606731316_1200x630

Bu yaxınlarda aparılan bir araşdırma B12 vitamini ilə ürək xəstəliyi, diabet və neyrodegenerativ xəstəliklər də daxil bir sıra ciddi sağlamlıq problemlərinə səbəb olan xroniki iltihab arasında xüsusi əlaqəni üzə çıxarıb.

“Journal of Food and Agriculture” nəşrində dərc olunan tədqiqat B12 vitamininin həm insanlarda, həm də siçanlarda iltihabın əsas markerlərinə necə təsir etdiyinə yönəlib. Məhz bu vitamin xüsusilə sinir, DNT və qırmızı qan hüceyrələrinin istehsalı üçün vacibdir. Onun bədəndə kəskin çatışmazlığı nevroloji pozğunluq kimi ağırlaşmalara səbəb ola bilər.

Əvvəlki araşdırmalar B12 vitamininin iltihabı azaltmağa kömək edə biləcəyini irəli sürsə də, bu əlaqənin dəqiq sübutu indiyə qədər tam müəyyənləşməyib. İspaniyalı tədqiqatçılar B12 vitamini səviyyəsinin iki xüsusi iltihabi markerə necə təsir etdiyinə diqqət yetiriblər: interleykin-6 (IL-6) və C-reaktiv protein (CRP).

Tədqiqatlarını aparmaq üçün komanda İspaniyada Aralıq dənizi pəhrizinin ürək-damar xəstəliklərinin qarşısının alınmasına təsirini araşdıran böyük bir klinik sınaq olan “PREDIMED” iştirakçılarının məlumatlarından istifadə edib. Bu məqsədlə B12 vitamini, habelə IL-6 və CRP səviyyələrini ölçmək üçün iştirakçıların qanı analiz olunub. Tapıntılar əks-əlaqəni göstərib: B12 vitamini çox olanlarda iltihab markerləri aşağı səviyyəyə enib. Nəticə bu vitaminin adekvat səviyyədə saxlanmasının potensial olaraq iltihabı idarə etməyə və əlaqəli xəstəliklərin qarşısının alınmasına kömək edə biləcəyini göstərir.

Araşdırma potensial müalicə vasitəsi kimi B12 vitamini ilə bağlı əlavə tədqiqatlara yol açır. Onlar nəticələrin müxtəlif yaşlar üzrə doğru olub-olmadığını yoxlamaq və B12 vitamini çatışmazlığı, infeksiyalar, yaşlanma prosesinin xroniki iltihabla qarşılıqlı əlaqəsini araşdırmaq üçün tədqiqata daha müxtəlif qrupları cəlb etmək niyyətindədir.

Bu tədqiqat iltihabla mübarizədə B12 vitamininin potensial rolunu vurğulayır və xəstəliklərin idarə olunmasında, həmçinin qarşısının alınmasında onun daha geniş tətbiqini dəstəkləyir(azərtac).

Post navigation

Previous: Yanvar-fevral aylarında 3 mindən çox cütlük boşanıb
Next: Dövlət qulluğuna test imtahanının nəticəsi elan olunub

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.