Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen aprelin 19-da Finlandiya-Rusiya sərhədinə səfər edəcək.
Azpost.info xəbər verir ki, bu barədə Finlandiya Nazirlər Kabineti məlumat yayıb.
Lyayen orada Finlandiya Baş naziri Petteri Orpo ilə görüşəcək. Baş nazir AK rəhbərinə qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyət barədə məlumat verəcək.
Lyayen eyni zamanda, Lappeenranta sərhəd şəhərinə də baş çəkəcək, burada Orpo ilə qeyri-qanuni miqrasiya ilə mübarizə metodlarını müzakirə edəcək.
Azpost.info