İsmayıllının Kürdmaşı kəndində sürüşmə təhlükəsi var

İsmayıllının Kürdmaşı kəndində sürüşmə təhlükəsi var.

Kənddə torpaq və həyətyanı sahələrdə sürüşmə müşahidə olunur, evlərə zərər dəyir. Kənd sakinləri buna səbəb kimi ərazidən keçən su kanallarını görür. Sakinlərin iddiasına görə, hər gün daha da artan uçqunlar torpaq itkisinə də səbəb olur. Uçqun kəndi, demək olar ki, iki hissəyə ayırıb.

Axıntı güclü olan hissələrdə önləyici tədbirlər görülmədiyindən get-gedə torpaq sürüşməsi genişlənir və sakinlər qorxudan evlərini tərk etməli olur(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.