Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Baş prokuror Çində işgüzar səfərdədir

Orkhan Ali 18 Aprel 2024 - 16:53 (Last updated: 21 May 2025 - 20:15)
7dbd940b-1d20-46c8-9f89-5ebb167b4f60

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında iştirak etmək üçün Çin Xalq Respublikasının Makau Xüsusi İnzibati Bölgəsinə işgüzar səfərə gedib.

Baş Prokurorluqdan verilən məlumata görə, aprelin 18-də Kamran Əliyev Çinin Ali Xalq Prokurorluğunun Baş prokurorunun birinci müavini Tonq Cianminq və Makaunun Baş prokuroru İp Son Sanq ilə ikitərəfli görüş keçirib.

Nümayəndə heyətini səmimi salamlayan Baş prokurorun birinci müavini və Makaunun Baş prokuroru Azərbaycan və Çinin dost dövlətlər olduğunu bildirərək, bir çox sahəni əhatə edən uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayıblar.

Baş prokuror Kamran Əliyev qonaqpərvərliyə görə minnətdarlığını bildirərək ölkələrimiz arasında əsrlər boyu mövcud olan ikitərəfli əlaqələrin tarixindən danışıb. Müstəqilliyin ilk illərində Ulu öndər Heydər Əliyevin, hazırda isə Prezident cənab İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinin uzaqgörən siyasətləri nəticəsində iki ölkə arasında olan münasibətlərin yüksələn xətlə və uğurla inkişaf etdiyini vurğulayaraq, Azərbaycanın vahid Çin siyasətini, Çinin ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.

Baş prokuror cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının ölkəmizdə keçirələciyini və bununla bağlı həmkarına dəvət məktubu ünvanladığını bildirib.

Daha sonra tərəflər prokurorluqlarımız arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Ətraflı
Elə həmin gün ölkəmizin Baş prokuroru Kamran Əliyev Çinin Makau Xüsusi İnzibati Bölgəsinin İcra Hakimiyyətinin başçısı Ho İat Senq ilə görüşüb.

Baş prokuror keçirdiyi görüşlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığını bildirilərək, bu proseslərdə Çin şirkətlərinin də yer aldığını qeyd edib.

Kamran Əliyev həmçinin, dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçiriləcəyi barədə həmkarlarına məlumat verib.

Nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edir.

Post navigation

Previous: “Qaydalar olmayanda, insanların davranış problemi olur”
Next: ABŞ-nin Ermənistandakı hərbi attaşesi Gümrüyə gedib

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.