Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

NATO Ukraynaya hava hücumundan müdafiə sistemi verəcək

User 19 Aprel 2024 - 23:47 (Last updated: 21 May 2025 - 20:15)
nato

NATO müttəfiqləri Ukraynaya hava hücumundan müdafiəni gücləndirməyə kömək etməyə razılaşıblar.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna-NATO Şurasının yekunlarına dair mətbuat konfransında məlumat verib.

Baş katibin sözlərinə görə, Şuranın iclasında iştirak edən Ukrayna Prezidenti Vladimir Zelenski müttəfiqləri döyüş meydanındakı vəziyyət və Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyin zəruriliyi barədə məlumatlandırıb.

“NATO-nun müdafiə nazirləri hava hücumundan müdafiəni gücləndirmək də daxil olmaqla, daha çox hərbi dəstək verməyə razılaşıblar. NATO Alyans daxilində mövcud imkanların siyahısını hazırlayıb və buna görə də mən hava hücumundan müdafiə sistemləri ilə bağlı yeni açıqlamalar gözləyirəm. Bunlar yaxın gələcəkdə Ukraynanın müdafiə qabiliyyətini artıracaq”, – deyə Stoltenberq bildirib.

O, Almaniyanın əlavə “Patriot” hava hücumundan müdafiə sistemini Ukraynaya ötürmək qərarını alqışlayıb. Baş katibin qeyd etdiyi kimi, müttəfiqlər “Patriot”la yanaşı, SAMP-T zenit-raket kompleksini də ötürə bilərlər.

Mövcud sistemləri olmayan bir çox müttəfiqlər onları Ukrayna üçün əldə etmək məqsədilə maliyyə dəstəyi verməyi təklif ediblər.

“Biz təkcə hava hücumundan müdafiəni müzakirə etmədik. Müdafiə nazirləri, həmçinin Ukraynanın digər ehtiyaclarını, o cümlədən 155 mm-lik mərmilər, uzaq mənzilli imkanlar və dronları müzakirə ediblər. Hər bir NATO müttəfiqi nə təmin edəcəyinə özü qərar verəcək. Bir sıra müttəfiqlər görüş zamanı konkret öhdəliklər götürüblər və indi töhfələri yekunlaşdırırlar. Mən gözləyirəm ki, bu, tezliklə elan olunacaq”, – deyə baş katib əlavə edib.

Xatırladaq ki, Rusiya işğalçılarının Ukraynaya raket və dron hücumlarını intensivləşdirməsindən sonra Prezident Vladimir Zelenski Kiyevin Ukrayna-NATO Şurasının iclasını çağıracağını açıqlamışdı.

Post navigation

Previous: “Ukraynadakı müharibə daha bir neçə il davam edə bilər” –
Next: Blinken Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmanı alqışlayıb

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Azərbaycanda dəmir yollarının 63 faizi elektrikləşdirilib. Bu göstərici Avropa İttifaqında dəmir yolu şəbəkəsinin orta elektrikləşdirilmə səviyyəsi kimi...
Read more about Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.