Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Erməni lobbisi Prezidentin Almaniyaya səfəri zamanı təxribatçı aksiya planlaşdırır

User 26 Aprel 2024 - 07:40 (Last updated: 21 May 2025 - 20:15)
Almaniya

Almaniya

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada işgüzar səfərdədir.

Dövlət başçısı Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə aprelin 26-da keçiriləcək “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Lakin Azərbaycan Prezidentinin Almaniyaya səfəri erməni diasporu və bəzi dairələrin ürəyincə olmayıb.

Erməni lobbisi və onların havadarları Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiyaya hazırlaşırlar. Erməni dairələri aprelin 26-da Federal kanselyariyanın qarşısında Azərbaycan Prezidentinin səfərinə “etiraz” olaraq, piket keçiriləcəyini anons edib.

Aksiyada Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror olmuş Luis Okampo və Almaniya Mərkəzi Erməni Şurasının üzvləri iştirak edəcək.

Qeyd edək ki, erməni dairələrin əsassız “aksiya şousu”na alət elədiyi Argentinadan olan Okampo kriminal-korrupsioner keçmişi ilə tanınır. İstər Beynəlxalq Cinayət Məhkəməsində işlədiyi dövrdə, istərsə də sonrakı vaxtlarda onun adı şübhəli maliyyə maxinasiyalarında hallanıb. Vaxtilə korrupsiya və cinsi təqibdə ittiham olunan Okomponun Serj Sarqsyan, Arayik Arutunyanla dostluq münasibətləri var.

Məlumata görə, hazırlanan “aksiya” erməni lobbisinin sifarişi ilə keçirilir.

Azərbaycan Prezidentinin səfəri zamanı belə bir aksiyanın təşkil olunması təsadüfi deyil. Regionda sülh üçün yaxşı perspektivlərin yarandığı, sərhədlərin delimitasiyası prosesinin başlandığı bir vaxtda erməni lobbisi və onların havadarları bu prosesə mane olmağa çalışır, gərginlik yaratmaq üçün belə ucuz şou qururlar. Delimitasiya prosesinə start veriləndən Ermənistanda baş verənlər proseslərin eyni mərkəzdən idarə olunduğunu söyləməyə əsas verir. Ermənistandakı revanşist, sülhə qarşı çıxan qüvvələrin aksiyalarına Berlindəki erməni lobbisi və onların havadarları sabaha planlaşdırdıqları piketlə dəstək verməyi planlaşdırırlar.

Lakin bu aksiyanın heç bir əhəmiyyəti və təsiri yoxdur. Erməni lobbisinin və onların pulla ələ aldıqları şəxslərin məqsədi yalnız öz “fəallığını” nümayiş etdirməkdir. (APA)

Post navigation

Previous: Prezident İlham Əliyev Almaniyada səfərdədir
Next: Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

Su içmək
  • Maraqlı

Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır?

User 23 Oktyabr 2026 - 15:40
Kifayət qədər su içmək arterial təzyiqin normal səviyyədə saxlanmasına və hipertoniya riskinin azaldılmasına kömək edə bilər. Lakin...
Read more about Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır?
Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO velo qeza
  • Sosial

Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO

User 23 Oktyabr 2026 - 15:26
Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır? dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır?

User 23 Oktyabr 2026 - 15:23
Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı Beyin
  • Maraqlı

Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı

User 23 Oktyabr 2026 - 15:16
Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir? aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.