Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Orkhan Ali 26 Aprel 2024 - 13:32 (Last updated: 21 May 2025 - 20:15)
Çay

Çay

Azərbaycan əhalisi orta hesabla gün ərzində 74 qram əlavə şəkərdən istifadə edir ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi 24 qramdan təxminən üç dəfə artıqdır. 24 qram təxminən altı çay qaşığı deməkdir. Buna müxtəlif qida məhsullarının tərkibindəki şirniyyatları, sərinləşdirilmiş, şirinləşdirici və energetik içkiləri misal göstərmək olar.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) şöbə müdiri Rəşad Mehdizadə jurnalistlərə açıqlamasında söyləyib.

R.Mehdizadə bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əhalinin sağlam qidalanmaya təşviqi, eyni zamanda, istehlakçıların maarifləndirilməsi istiqamətində daim silsilə tədbirlər həyata keçirilməkdədir. Agentlik fəaliyyətə başladığı dövrdən etibarən müxtəlif hədəf qrupları üçün belə sosial məsuliyyət layihələri reallaşdırır. “Şəkəri azalt, ömrünü uzat” layihəsi də bu çərçivədə icra olunan növbəti layihələrdəndir.

“Bu gün də layihə çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı, ADA Universitetinin dəstəyi ilə “Qida təhlükəsizliyi” simpoziumu keçirildi. Agentlik 2023-cü ilin dekabrında layihəyə start verib. Müxtəlif özəl təşkilatlar, ictimai xadimlər və vətəndaşlar layihədə yaxından iştirak ediblər. Layihə çərçivəsində iri ticarət mərkəzləri və supermarketlərdə agentliyin maarifləndirici sistemləri qurulub. Həmin sistemlər vasitəsilə istehlakçılar arasında bir sorğusu keçirilib və 2 775 nəfər sorğuda iştirak edib. Biz sorğu nəticələrinə nəzər yetirdikdə görürük ki, əhalinin böyük əksəriyyəti şəkər istehlakını ya kritik həddə, ya da normal həddə istifadə edir. Bu da artıq bizə müəyyən həyəcan təbili çalmağa imkan verir”, – deyə R.Mehdizadə əlavə edib(azərtac).

Post navigation

Previous: Ötən ay Azərbaycanda əhali banklardan 135 mln. manat depoziti geri çəkib
Next: Prezident İlham Əliyevin Berlində qarşılanma mərasimi olub

Oxşar xəbərlər

gemi
  • Sosial

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb

User 23 Oktyabr 2026 - 14:23
aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
istiler
  • Sosial

2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb

User 23 Oktyabr 2026 - 13:00

xƏBƏR

gemi
  • Sosial

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb

User 23 Oktyabr 2026 - 14:23
Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu ticarət gəmisi batıb. “novinite.com”un xəbərinə görə, “Xoriv” (Khoryv) adlı gəmi...
Read more about Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb
Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ yasil enerji esas
  • Baş Yazı

Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ

User 23 Oktyabr 2026 - 14:19
80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar” tramp cixis
  • Dünya

80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”

User 23 Oktyabr 2026 - 14:08
“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49
“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı hindistan xin
  • Dünya

“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı

User 23 Oktyabr 2026 - 13:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.