Tacikistan Rusiyaya etiraz etdi, səfirə nota təqdim olundu

Rusiyanın Tacikistandakı səfiri Semyon Qriqoryev bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Azpost.info xəbər verir ki, ona Rusiya ərazisində Tacikistan vətəndaşlarının hüquqlarının pozulması ilə bağlı nota təqdim edilib.

Bu barədə TASS-a Tacikistan XİN məlumat verib.

“Aprelin 29-da Rusiyanın Tacikistandakı səfiri Semyon Qriqoryevə Tacikistan Xarici İşlər Nazirliyinin respublika vətəndaşlarına qarşı kəskin mənfi münasibətin kütləvi təzahürləri ilə bağlı ciddi narahatlığını ifadə edən notası təqdim edilib”, – notanın mətnində qeyd olunur.

O da bildirilir ki, bu cür hərəkətlər müstəsna olaraq Tacikistan vətəndaşlarına şamil edilir və bu, Tacikistan-Rusiya münasibətlərinin ruhu və ənənələri ilə qətiyyən uyğun gəlmir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.