“Rəfah əməliyyatı İsrailin HƏMAS üzərində tam qələbəsi üçün lazımdır”- NETANYAHU

İstənilən halda İsrail əsgərləri Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində əməliyyat keçirəcək.

Azpost.info xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu Qəzzada saxlanılan girovların qohumları ilə görüşündə bildirib.

“Bütün məqsədlərə çatmadan müharibəni dayandıracağımız varintına baxılmır. Biz Rəfaha girəcəyik və orada yerləşən HƏMAS batalyonlarını məhv edəcəyik”, – o deyib.

Netanyahu bunun fələstinli radikallarla girovların azad edilməsi ilə bağlı razılığın əldə edilib-edilməməsindən asılı olmayaraq baş verəcəyini vurğulayıb. Onun sözlərinə görə, Rəfah əməliyyatı İsrailin HƏMAS üzərində tam qələbə qazanması üçün lazımdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.