“Bütün xilasetmə qüvvələri axtarışlarla məşğuldur. Ərazi çox dumanlıdır, bu səbəbdən axtarış imkanları çox çətinləşib”.
Azpost.info bildirir ki, bu sözləri İRNA-ya İranın səhiyyə naziri bildirib. O deyib ki, İran prezidentinin qəzaya uğradığı Sonqun ərazisindədirlər.
“Helikopter aşkar edildikdən sonra tibbi prosedurların aparılması üçün bütün tibb müəssisələri, təcili yardım avtobusu, cərrahlar və həkimlər hadisə yerinə yerləşdirilib”-deyə nazir vurğulayıb.
Qeyd edək ki, İran prezidentinin olduğu helikopter qəzaya uğrayıb.