“Ermənistan vətəndaşları hərbi xidmətdən yayınmaq üçün ölkəni tərk edib” –PAŞİNYAN

Ermənistanın bir çox sakini övladlarının hərbi xidmətdən yayınması üçün mühacirət ediblər.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan demoqrafik strategiyanın müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistandakı mövcud demoqrafik vəziyyəti və demoqrafik strategiyanı müzakirə edərkən bir sıra aşkar amillər, xüsusən də neçə nəfərin övladının hərbi xidmətdən yayınması üçün Ermənistan Respublikasından mühacirət etməsi nəzərə alınmır.

Paşinyan hesab edir ki, bu insanların böyük potensialı olub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.