Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Gənclər ətraf mühitin keşiyində”-

User 27 May 2024 - 17:56 (Last updated: 21 May 2025 - 20:15)
q01

Milli Qeyri Hökumət Təşkilatları Forumunun Şirvan Regional QHT Resurs və Təlim Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi tərəfindən icra olunan “Gənclər ətraf mühitin keşiyində” adlı layihə çərçivəsində seminar keçirilib.

Tədbirdə Şirvan şəhər  9 və 21 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri iştirak etmişlər. Layihə rəhbəri Ə. Mirzəyev ətraf mühitin insan sağlamlığına təsiri haqqında ətraflı danışaraq qeyd etdi ki, Şirvan şəhəri əlverişsiz iqlim şəraitinə mənsub olan bir ərazidə yerləşdiyi üçün ətraf mühitin qorunması daim diqqət tələb edir. Nəzərə alsaq ki, respublika ərazisini qərbdən şərqə qədər kəsib keçən, hələ ölkəmizin hüdudlarından kənarda kifayət qədər çirklənmiş əsas su hövzələrindən biri olan Kür çayı şəhər ərazisindən keçir və müəssisələrin sənaye tullantıları çaya axıdılaraq bir müddətdən sonra Xəzər dənizinə çatır, onda problemin ciddiliyi daha kəskin şəkildə özünü göstərir.

Seminar iştirakçılarının nəzərinə çatdırıldı ki, layihənin məqsədi şəhərdə yaşıllaşdırma və abadlıq  işlərinə, kütləvi tədbirlərə gənclərin cəlb olunmasını təşkil etməklə onların hərtərəfli inkişafını, ictimai həyatda fəal iştirakını təmin etmək, meşə zolaqlarının qorunması, bərpası məqsədilə əhalinin, gənclərin, məktəblilərin  səylərini dəstəkləməkdir.

9 nömrəli məktəbin müəllimi Sənubər Nuriyeva, 21 nömrəli məktəbin müəllimi Aytən Paşayeva müzakirələrə qoşularaq hətta burda iştirak edən şagirdlərin bəziləri içdikləri suyun qablarını, yedikləri qidaların paketlərinin hara gəldi atırlar, onlar ətrafı çirkləndirməklə təkcə özlərinin deyil, digərlərinin sağlamlığına zərbə vururlar.  Şagirdlərdən Lamiyə Kərimova, Röya İsrafilova  və digərləri öz fikirlərini bildiriblər.

Çay süfrəsi arxasında müzakirələr davam etdirilib.

 

Post navigation

Previous: Qarabağ Universitetində yeni vakansiyalar elan olunub
Next: TDT Baş katibi Prezident İlham Əliyevi təbrik edib

Oxşar xəbərlər

zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01
dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56

xƏBƏR

zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
Xalq artisti Zaur Rzayev vəfat edib. Bu barədə APA-ya onun oğlu məlumat verib. O, bu gün müalicə...
Read more about Xalq artisti Zaur Rzayev vəfat edib
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01
Fermer niyə az qazanır, ərzaq niyə bahadır? – Aqrar sahənin problemləri aqrar sahə
  • Baş Yazı

Fermer niyə az qazanır, ərzaq niyə bahadır? – Aqrar sahənin problemləri

User 29 Oktyabr 2026 - 18:48
Uşaqlar gündə neçə saat gəzməlidir? – Nevroloq yaşa görə normanı açıqladı usaq gezmek
  • Maraqlı

Uşaqlar gündə neçə saat gəzməlidir? – Nevroloq yaşa görə normanı açıqladı

User 29 Oktyabr 2026 - 18:40
İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi israil
  • Dünya

İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi

User 29 Oktyabr 2026 - 17:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.