Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

QHT “Qərbi Azərbaycan musiqi folkloru incilərinin toplanması” adlı layihənin icrasına başlayıb

User 03 İyun 2024 - 19:30 (Last updated: 21 May 2025 - 20:15)
ce01

İz – Mədəniyyətin inkişafına dəstək ictimai birliyi Azərbaycan Respublikası Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 01.06.2024-cü il tarixindən “Qərbi Azərbaycan musiqi folkloru incilərinin toplanması” adlı layihənin icrasına başlayıb.

 İz mədəniyyətin inkişafına dəstək ictimai birliyinin sədri Fəridə Mirişova bildirib ki, Xalq yaradıcılığı hər bir xalqın dünyagörüşünün, zəngin mədəniyyətinin, adət-ənənələrinin və milli kimliyinin ifadəçisidir: “Folklorun mühüm qollarından olan musiqi folkloru özündə Vətən sevgisindən qaynaqlanan bütün bu amilləri birləşdirməklə, yerli xüsusiyyətləri, insan və ətraf aləm münasibətlərini musiqi, vasitəsilə ifadə edir. Xalqın müasir həyatında canlı formada qorunub saxlanılmış musiqi folkloru ənənəvi mədəniyyətin tarixi izlərinin etik-estetik dəyərlərini, etnomədəni nailiyyətlərinin janr rəngarəngliyini nümayiş etdirir”.

QHT sədri bildirib ki, Qərbi Azərbaycan dedikdə, böyük bir ənənəni özündə yaşadan İrəvan, Göyçə, Dərələyəz, Qafan, Gorus, Çıldır, Ağbaba və s. kimi geniş bir coğrafi ərazi nəzərdə tutulur: “Bu baxımdan Qərbi Azərbaycan musiqi folkloru özünün spesifik xüsusiyyətləri, öz fərdiliyi və özünəməxsusluğu ilə seçilir. Layihəyə cəlb edilən mövzunun özü indiyədək işlənməmişdir. “Qərbi Azərbaycan musiqi folkloru incilərinin toplanması” layihəsi çərçivəsində hazırlanacaq kitabda Qərbi Azərbaycan musiqi folklorunun müxtəlif janrlarından nümunələr  toplanacaq və nota salınacaq.  Layihə reallaşacağı təqdirdə konkret olaraq müasir  Azərbaycanın hüquqi sərhədlərindən kənarda qalan Qərbi Azərbaycan Musiqi folkloru həm də tarixdir və sonrakı  fundamental tədqiqatlar üçün dəyərli maddi, mənəvi, etnoqrafik mənbədir”.

Post navigation

Previous: Çempionlar Liqasının ən yaxşı futbolçusu bəlli olub
Next: Meksika prezidenti pensiyaya çıxacağını deyib

Oxşar xəbərlər

dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42

xƏBƏR

usaq gezmek
  • Maraqlı

Uşaqlar gündə neçə saat gəzməlidir? – Nevroloq yaşa görə normanı açıqladı

User 29 Oktyabr 2026 - 18:40
7–10 yaşlı uşaqlara gündə ən azı 2–3 saat, yeniyetmələrə isə ən azı 1,5 saat gəzintidə olmaq tövsiyə...
Read more about Uşaqlar gündə neçə saat gəzməlidir? – Nevroloq yaşa görə normanı açıqladı
İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi israil
  • Dünya

İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi

User 29 Oktyabr 2026 - 17:41
İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan abs iran danisiq
  • Dünya

İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan

User 29 Oktyabr 2026 - 17:35
Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
Prezident İlham Əliyev Türkiyəyə getməyəcək ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.