Əməkhaqqına əlavələr edilən müəllimlərin sayı 55 minə çatdırılacaq

Cari ildə sertifikatlaşdırmada iştirak edən müəllimlərin müsahibə mərhələsindən sonra əməkhaqqına əlavələr edilən müəllimlərin sayının 55 minə çatdırılması gözlənilir.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, 2022-ci və 2023-cü illərdə təşkil olunmuş sertifikatlaşdırma prosesindən 31 min 948 nəfər ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimi uğurla keçib.

Nurlan İsmayılbəyli qeyd edib ki, ötən ildən sertifikatlaşdırmadan uğurla keçmiş 8410 müəllimin əməkhaqqına 35 faiz, 23 min 538 müəllimin əməkhaqqına isə 10 faiz artım tətbiq olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.