Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Diş çıxaran dərman satışa çıxarılır, protez dövrü bitir –

User 18 May 2025 - 20:45 (Last updated: 21 May 2025 - 20:34)
Diş

Diş

Yapon tədqiqatçıları tərəfindən hazırlanan diş çıxaran dərmanın bazara çıxarılacağı tarix açıqlanıb.

“The İndependent” nəşrinin məlumatına görə, Osakadakı Kitano Xəstəxanasının Tibbi Tədqiqat İnstitutunun üzvü Katsu Takahashi və komandası tərəfindən hazırlanmış dərmanın 2030-cu ildə insanlar üçün əlçatan olması planlaşdırılır.

K.Takahashi və komandasının mayın 2-də Kyoto Universitet Xəstəxanasında verdiyi açıqlamada dərmanın insanlar üzərində sınaqlarının sentyabrda başlayacağı qeyd edilib. Bildiriblər ki, analizlər problemsiz keçərsə, dərman ilkin olaraq yalnız anadangəlmə diş çatışmazlığından əziyyət çəkən xəstələrə veriləcək: “Bu pozğunluq nəticəsində bəzi insanlar dişlərinin bir hissəsini itirərək doğulur. Bu diş çatışmazlığı çənə inkişafına və yemək vərdişlərinə mənfi təsir göstərir”.

Açıqlamada sentyabr ayında başlayacaq dərman testlərinin 2025-ci ilin avqust ayına qədər davam etməsinin gözlənildiyi bildirilib. Bu təcrübələrdə ən azı arxa dişlərindən biri əskik olan 30-64 yaşlı 30 kişi iştirak edəcək. Həmin dərmanın dişlərin inkişafına necə töhfə verəcəyi müşahidə ediləcək. Heyvan tədqiqatlarında bu günə qədər heç bir mənfi təsir aşkar olunmayıb. Tədqiqatçılar böyüklər üzərində apardıqları təcrübələrdən sonra dərmanı dörd və ya daha çox dişləri əskik olan 2-7 yaşlı uşaqlarda sınaqdan keçirəcəklər. 2023-cü ildə hazırlanmış dərman sümük inkişafına imkan verən zülalları bloklayan “USAG-1” molekuluna təsir edərək işləyir. Müvafiq olaraq dərman bu molekulun təsirlərini boğaraq dişlərin əmələ gəlməsini mümkün edir. Siçanlar və itlər üzərində aparılan araşdırmalarda alimlər dərman sayəsində dişlərin yenidən inkişafını müşahidə ediblər.

K.Takahashi açıqlamasında əlavə edib: “Biz istəyirik ki, dərman protez və implant kimi mövcud müalicələrdən sonra üçüncü variantı təmin etsin”.

AzPost.az

Post navigation

Previous: Roma Papası taxta çıxdıqdan sonra ilk olaraq Zelenski ilə görüşüb
Next: Texnologiya insanı ölümsüzlüyə aparır, min il yaşayacaq –

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

tecili yardim
  • Sosial

Qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib

User 14 Noyabr 2026 - 10:16
Tovuzda qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, qadının əməliyyatı...
Read more about Qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib
Bir gündə 15 min manatlıq gül alınıb – sabiq sədrin məhkəməsində nələr açıldı? etibar pirverdi
  • Sosial

Bir gündə 15 min manatlıq gül alınıb – sabiq sədrin məhkəməsində nələr açıldı?

User 14 Noyabr 2026 - 09:57
Paşinyan Ermənistanın 20 ildən sonra harada olacağını açıqladı paşinyan
  • Dünya

Paşinyan Ermənistanın 20 ildən sonra harada olacağını açıqladı

User 14 Noyabr 2026 - 09:49
Moskvanın yeni tələbi – NATO Cənubi Qafqazdan çəkilməlidir putin uitkoff kusner
  • Dünya

Moskvanın yeni tələbi – NATO Cənubi Qafqazdan çəkilməlidir

User 14 Noyabr 2026 - 09:43
100 il yaşamaq istəyən milyarderlər nələr edir? -15 min dollarlıq iynələr, süni intellekt və gen təcrübələri milyarder saqlam heyat
  • Maraqlı

100 il yaşamaq istəyən milyarderlər nələr edir? -15 min dollarlıq iynələr, süni intellekt və gen təcrübələri

User 14 Noyabr 2026 - 09:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.