“Hazırkı kurs dəyişməsə, Gürcüstan Aİ yolunda irəliləyə bilməyəcək”- Aİ

Mövcud hökumət kursunu dəyişməsə, Gürcüstan Avropa İttifaqına inteqrasiya yolu ilə irəliləyə bilməyəcək.

Azpost.info xəbər verir ki, bunu Aİ-nin Tbilisidəki nümayəndəliyinin Gürcüstanla assosiasiya sazişinin imzalanmasının onuncu ildönümü münasibətilə dərc olunmuş müraciətində deyilir.

“Biz Gürcüstan əhalisinin Avropa İttifaqına gedən yolla irəliləmək istəyini qətiyyətlə dəstəkləyirik. Gürcüstan hökuməti Avropa İttifaqının yoluna qayıtmalıdır. Gürcüstanın yeri Avropa İttifaqındadır, lakin hazırkı kurs dəyişməsə, Gürcüstan Aİ yolunda irəliləyə bilməyəcək”, – Aİ nümayəndəliyi bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.