“Türkiyə ilə sərhədi açmağa hazırıq”- Ermənistan XİN başçısı

Ermənistan da Türkiyə ilə münasibətləri tamamilə normallaşdırmağa və onunla sərhədi açmağa hazırdır.

Azpost.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tallinndə estoniyalı həmkarı Marqus Tsaxkna ilə birgə keçirdiyi brifinqdə deyib.

Mirzoyan əlavə edib ki, türkiyəli tərəfdaşlarla dialoq nəticəsində üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədlərin açılması ilə bağlı razılıq əldə etmək mümkün olub.

“Biz buna hazır olduğumuzu daim təsdiqləyirik və hesab edirəm ki, bu razılaşmaları həyata keçirməyin vaxtı çatıb”, – Mirzoyan bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.