Gürcüstanla Azərbaycan əməkdaşlığı yeni miqyasa keçirməyə başlayır- İliya Darçiaşvili

Gürcüstanla Azərbaycan arasında strateji əməkdaşlıq ölkələrimiz və regionun əmin-amanlığı üçün vacibdir.

Bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Gürcüstanla Azərbaycan arasında regional, strateji əməkdaşlıq çox fərqlidir, biz əməkdaşlığımızı yeni miqyasa keçirməyə başlayırıq. Bu, ölkələrimiz və regionun əmin-amanlığı üçün vacibdir.

Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və hörmət edir. Gürcüstan və Azərbaycan respublikaları müxtəlif formatlarda əməkdaşlıq edirlər. İki ölkə arasında enerji, nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam etdirilir”, – gürcü nazir qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.