“Rusiya hakimiyyəti Rusiyaya qarşı sanksiyalara cavab olaraq Qərb dövlətləri ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq imkanını nəzərdən keçirir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib .
“Bu cür qərarlar ən yüksək səviyyədə qəbul edilir. Hələlik belə qərarlar yoxdur. Bu mövzuda spekulyasiyalar əks nəticə verir”, – Ryabkov deyib.
Eyni zamanda, o qeyd edib ki, Rusiya heç vaxt kollektiv Qərblə münasibətlərində belə bir addım atmayıb.
“Kommunikasiya kanalları yüksək səviyyədə qalmalıdır. Lakin Moskva gələcəkdə heç bir variantı istisna etmir. Bu, rəqiblərimizin necə davranmasından asılı olacaq”, – XİN rəsmisi vurğulayıb.
Azpost.info