ABŞ prezidenti demokrat Bayden rəqibi, Pensilvaniyada mitinqdə atəş nəticəsində yaralanan Donald Trampla şənbə günü axşam telefonla danışıb.
Bu barədə jurnalistlərə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda həmçinin qeyd olunur ki, Bayden Pensilvaniya qubernatoru Coş Şapiro və Butler şəhərinin meri Bob Dendoy ilə də danışıb.