Ermənistanın Müstəqillik Bəyannaməsinin mətni anti-dövlət xarakteri daşıyır.
Azpost.info-nun məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 29-da jurnalistlərlə söhbətində bildirib.
O, bunu sənəddə əks olunan müddəalarla müstəqil dövlətə sahib olmağın mümkün olmaması ilə izah edib. “Bu mətn dövlətə sahib olmağın mümkünsüzlüyündən bəhs edir. Biz tariximizdən dərs çıxarmalıyıq”, – deyə Paşinyan vurğulayıb.
“Dünya nizamı dağılır, biz isə bu şəraitdə sülhü bərqərar edə bildik”, – deyə o əlavə edib.
Baş nazirin sözlərinə görə, Müstəqillik Bəyannaməsində əksini tapan ideologiyadan imtina hər hansı xarici qüvvə ilə bağlı məsələsi deyil. “Bu, Ermənistanın maraqlarından irəli gəlir”, – deyə Paşinyan qeyd edib.
