Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Türkiyə Türkmənistanda yeraltı qaz anbarları tikə bilər

User 04 Avqust 2024 - 14:48 (Last updated: 21 May 2025 - 20:15)
turk qaz

Türkiyə Türkmənistanda yeraltı qaz anbarlarının tikintisinə sərmayə qoymağı planlaşdırır.

Bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Alparslan Bayraktar Aşqabada ikigünlük səfərinin yekunlarını şərh edərkən bildirib.

Nazir qeyd edib ki, Türkiyənin BOTAŞ dövlət şirkəti qaz anbarlarının tikintisində böyük təcrübəyə malikdir. “Bu gün Türkiyənin istismar ehtiyatı 6 milyard kubmetr olan yeraltı qaz anbarları (YQA) var. 2028-ci ilə qədər biz YQA ehtiyatlarının həcmini iki dəfə artıraraq 12 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. Biz öz təcrübəmizi bölüşməyə də hazırıq”, – deyə Bayraktar bildirib.

Türkmənistan qazının Türkiyəyə tədarük imkanlarına gəlincə, Energetika Nazirliyinin rəhbəri qeyd edib ki, yaxın 20 ildə Ankara Türkmənistandan ildə 15 milyard kubmetr qaz almağı nəzərdə tutur.

“Ümumilikdə, biz 300 milyard kubmetr qaz almağı planlaşdırırıq, lakin bunun üçün boru xətti lazımdır. İlkin olaraq svop tədarükü sxemindən istifadə edəcəyik ki, bu da ildə 2 milyard kubmetr qaz tədarükünü təmin edəcək”, -deyə nazir qeyd edib.

Bayraktar bildirib ki, Aşqabadda Türkmənistan yataqlarında birgə qaz hasilatı mövzusunu da müzakirə edib. “Aşqabadda biz əməkdaşlığın bütün spektrini müzakirə etdik. Birinci mərhələdə Cənub-Şərqi Avropa ölkələrinin ehtiyaclarını ödəyə biləcəyik. Ən effektivi, təbii ki, Xəzər dənizindən keçən boru kəməridir”, – deyə Türkiyənin Energetika Nazirliyinin rəhbəri bildirib.

Post navigation

Previous: Rusiyalı deputat şərkininin qətlini necə sifariş verib? –
Next: Zelenski F-16 qırıcılarının alınması mərasimində iştirak edib

Oxşar xəbərlər

pasinyan hokm
  • Dünya

Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı

User 29 Oktyabr 2026 - 14:35
paşinyan
  • Dünya

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı

User 29 Oktyabr 2026 - 14:13
Tatarıstana
  • Dünya

Rusiya Dneprdə elektrik qatarına PUA zərbəsi endirib, 13 nəfər ölüb

User 29 Oktyabr 2026 - 13:57

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanı TDT-nin Zirvə görüşündə təmsil edəcək. “Report”un əldə etdiyi məlumata görə, Azərbaycan...
Read more about Prezident İlham Əliyev Türkiyəyə getməyəcək
Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir? menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
İpoteka Fondunda ekspertlərlə görüş keçirilib kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.