Ukrayna avqustun 3-də Rostov vilayətindəki Morozovsk aerodromunda Su-34 qırıcı-bombardmançı təyyarəsinin və sursat anbarının məhv edildiyini açıqlayıb.
Azpost.info bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Rostov vilayətinin qubernatoru Vasili Qolubev bildirib ki, bölgəyə 55 PUA tərəfindən hücum edilib. O, Kamenski və Morozovski rayonlarındakı anbarlara ziyan dəydiyini açıqlayıb.
Astra teleqram kanalı yerli sakinlərə istinadən yazıb ki, aerodrom hücuma məruz qalıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı avqustun 3-də səhər bildirib ki, PUA-lar idarə olunan aviasiya bombalarının saxlandığı sursat anbarına düşüb. Avqustun 5-də Baş Kəşfiyyat İdarəsi aerodroma endirilən zərbə nəticəsində Su-34-ün məhv edildiyini açıqlayıb.