Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

G1-G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Orkhan Ali 12 Avqust 2024 - 11:50 (Last updated: 21 May 2025 - 20:15)
geomaqnit

geomaqnit

Son sutka ərzində Günəş fəallığı yüksək səviyyədə olub. Aktiv oblastlarda alışmaların gücü kifayət qədər olsa da, hələlik mövcud peyk məlumatlarında Yerə yönəldilmiş heç bir tac kütlə atılması (CME) aşkar edilməyib.

Avqustun 14-dək Günəş aktivliyinin orta və yüksək səviyyədə, orta güclü alışmaların xarakterik olacağı gözlənilir.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Günəş küləyi parametrləri avqustun 7-də baş vermiş tac kütlə atılmasının təsiri hesabına artıb. Hazırda geomaqnit sahə CME təsirlərinə cavab olaraq G1 və G2 səviyyəli qasırğa şəraitindədir. Avqustun 13-14-də CME effektləri azaldıqca geomaqnit sahənin normal fon şəraitində olacağı, fasilələrlə isə fəal şəraitin davam edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, belə maqnit qasırğaları Yerin eko-, bio- və texnosistemlərinə öz mənfi yan təsirlərini göstərir. Bundan başqa, maqnit qasırğalı günlərdə risk qrupuna daxil olan xəstələrin, əsasən ürək-damar və digər xroniki xəstəlikləri olan, yaşlı insanların səhhətlərində müəyyən narahatlıq halları arta bilər. Belə hallar adətən impulsiv baş ağrıları, qan təzyiqinin yüksəlməsi, miqren ağrılarının və halsızlığın artması şəklində özünü göstərir. İnsanlara təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlər görmələri, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük vermələri tövsiyə olunur.

Post navigation

Previous: Ukrayna Kurska nə üçün hucum edib?
Next: “Təfəkkür” Universitetinin prorektorunun qətlinin sifarişçiləri şikayət verib

Oxşar xəbərlər

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 29 Oktyabr 2026 - 14:03
mektebli
  • Sosial

Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş

User 29 Oktyabr 2026 - 13:26
həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29

xƏBƏR

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 29 Oktyabr 2026 - 14:03
Oktyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və...
Read more about Sabaha olan hava proqnozu
Rusiya Dneprdə elektrik qatarına PUA zərbəsi endirib, 13 nəfər ölüb Tatarıstana
  • Dünya

Rusiya Dneprdə elektrik qatarına PUA zərbəsi endirib, 13 nəfər ölüb

User 29 Oktyabr 2026 - 13:57
Mətbuat Şurası məktəbdə media əməkdaşının döyülməsi ilə bağlı açıqlama yayıb dava
  • Media

Mətbuat Şurası məktəbdə media əməkdaşının döyülməsi ilə bağlı açıqlama yayıb

User 29 Oktyabr 2026 - 13:53
Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş mektebli
  • Sosial

Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş

User 29 Oktyabr 2026 - 13:26
İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb israil
  • Dünya

İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb

User 29 Oktyabr 2026 - 13:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.