102 yaşlı qadın ad günündə paraşütlə tullandı –FOTO

Britaniyalı qadın özünün 102-ci ad gününü paraşütlə tullanma ilə qeyd edib və ölkənin ən yaşlı paraşütçü adını qazanıb.

Bu barədə Teleqraf qəzeti məlumat yayıb.

“İkinci Dünya müharibəsinin 102 yaşlı veteranı Şərqi İngiltərə üzərində 7 min fut (2,1 kilometr) hündürlükdə təyyarədən tullanaraq Britaniyanın ən yaşlı paraşütçü olub”, – məlumatda belə deyilir.

Nəşr qeyd edir ki, qadın İkinci Dünya müharibəsi zamanı Hərbi Dəniz Qüvvələrinin qadınlardan ibarət yardımçı bölməsində xidmət edib.

Daha bir maraqlı fakt: haqqında söhbət gedən britaniyalı qadın 100 yaşını “Ferrari”nin sükanı arxasında qeyd etmişdi. O, Formula 1 yarışlarının keçirildiyi Silverstoun trası boyunca avtomobili saatda 200 kilometrdən çox sürətlə sürmüşdü.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.