Böyük Britaniya kraliçası II Yelizaveta iki il əvvəl vəfat etsə də kral ailəsinin pərəstişkarları hələ də onun şəxsi həyatının bəzi aspektlərini bilməyə çalışırlar. Xüsusən də ABŞ-ın keçmiş prezidenti Donald Tramp və xanımı Melaniya Tramp haqqında fikirlərini öyrənirlər.
Azpost.info bildirir ki, Kreyq Braunun oktyabrda nəşr olunacaq “Q: Kraliça ətrafında səyahət” (A Voyage Around the Queen ) adlı yeni kitabında mərhum Britaniya kraliçasının ABŞ-ın keçmiş prezidenti ilə münasibətləri haqqında fərziyyələr yer alıb.
“Daily Mail” tabloidində nəşr olunan kitabdan bir parçada Braun Kraliça Elizabetin Donald Trampı “çox kobud” hesab etdiyini qeyd edib. “Kraliça xüsusilə də Trampın onun çiyninin üstündən baxaraq sanki daha maraqlı birini axtarırmış kimi baxmasını xoşlamırdı” -deyə kitabın müəllifi yazıb.
İddia olunur ki, Britaniya kraliçası da Trampın Melaniya ilə evliliyinə də şübhə edib. Kraliçanın fikrincə, onlar belə görünür bir-birini çox bəyənmirlər”.
“Kraliça həmçinin hesab edirdi ki, prezident Trampın həyat yoldaşı Melaniya ilə hansısa razılaşması olmalıdır. Yoxsa o, niyə onunla evli qalsın ki?”
Bu xəbərlər əvvəl də yayılmışdı və Donald Tramp müsahibədə mövzuya toxunmuşdu: “Bu, tamamilə yalandır. Əslində bunun əksi olub. Kraliça ilə əla münasibətim var idi. O məni, mən də onu bəyənmişdim” – Donald Tramp “The Daily Beast”ə müsahibəsində deyib.