Tramp Harrislə debatdan kimin qalib çıxdığınıAÇIQLADI

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp “Truth Social”dakı paylaşımında demokratlardan olan rəqibi Kamala Harrisin məlum televiziya debatında məğlub olduğunu bildirib.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, ABŞ əhalisinin üçdə birinin Harrisin mövqeyindən xəbəri belə yoxdur.

“O, ötən gün debatda məğlub oldu. İnsanların ona niyə etibar etməli olduğunu göstərə bilmədi”, – siyasətçi yazıb.

Qeyd edək ki, CNN və SSRS ekspress sorğusunda ABŞ seçicilərinin əksəriyyəti (63 faiz) Harrisə üstünlük verib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.