Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Turizm

Azərbaycanlı jurnalist beynəlxalq festivalın münsiflər heyətinin üzvü seçilib

User 12 Sentyabr 2024 - 12:22 (Last updated: 21 May 2025 - 20:15)
terane

Vyanada Beynəlxalq Turizm Filmləri Festivalı (CİFFT) işə başlayıb.

“Report” xəbər verir ki, təşkilat 36-cı buraxılışında ilk dəfə olaraq dünya səyahətçi jurnalistlərinin səyahət videolarını qiymətləndirmək üçün müsabiqə elan edib.

Müsabiqənin qalibi yeni “Turizm Mətbuat Mükafatı”na layiq görüləcək. Xüsusi mükafat noyabrın 26-dan 28-dək İspaniyanın Valensiya şəhərində keçiriləcək “Dünya Turizm Filmləri Festivalı (World Tourism Film Awards) mərasimində təqdim olunacaq. Final mərasimində mükafatların təqdimatı ilə yanaşı, dünyanın ən yaxşı turizm filmlərinin nümayişi də keçiriləcək.

Müsabiqəyə 66 ölkədən 23 səyahət videosu təqdim edilib. Səyahət videolarının qiymətləndirmə prosesinə sentyabrın 10-da start verilib. Proses sentyabr-oktyabr aylarını əhatə edən turlar çərçivəsində onlayn olaraq həyata keçiriləcək.

Mükafatın qalibi Beynəlxalq Səyahət Jurnalistlərindən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

Festival komitəsinin direktoru Alexander V. Kammel bildirib ki, mükafat turizm və media arasındakı güclü qarşılıqlı əlaqələri vurğulayır: “Bu təşəbbüs CIFFT tarixində əhəmiyyətli bir mərhələni qeyd edir. Biz jurnalist ictimaiyyəti ilə audiovizual cəmiyyət arasında unikal uyğunlaşma yaradaraq turizmi təşviq edirik”.

Audiovizual məhsulların qiymətləndirilməsində dünyanın aparıcı media orqanlarından 80-dən çox səyahət jurnalistindən ibarət münsiflər heyəti iştirak edəcək.

Global Media Group-a daxil olan “Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova da Azərbaycandan seçilən münsiflər heyətinin üç üzvü sırasında yer alıb.

Xatırladaq ki, festival Avropa Turizm Komissiyası (ETC), Mərkəzi Amerika Turizm Agentliyi (CATA) tərəfindən dəstəklənir. Bakı Beynəlxalq Turizm Filmləri Festivalı Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür

Post navigation

Previous: Tramp Harrislə debatdan kimin qalib çıxdığını
Next: Ermənistan beynəlxalq konvensiyaların tələblərini pozmağa davam edir

Oxşar xəbərlər

mediatur isma
  • Turizm

İsmayıllıdakı “Basqal” və “Lahıc” qoruqlarına meditur təşkil edilib

User 09 Oktyabr 2026 - 11:00
turizm
  • Turizm

Səyahətdə pula qənaət etməyin yolları

User 07 Oktyabr 2026 - 18:00
icariseher qoruq
  • Turizm

İçərişəhərdə restoranlarla niyə 6 aylıq icarə müqaviləsi bağlanır?

User 25 Sentyabr 2026 - 20:42

xƏBƏR

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Milli Məclisin deputatı Sevinc Hüseynovaya ağır itki üz verib. Gununsesi.info  xəbər verir ki, deputatın həyat yoldaşı Hacı...
Read more about Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.