Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ermənistan beynəlxalq konvensiyaların tələblərini pozmağa davam edir

User 12 Sentyabr 2024 - 12:37 (Last updated: 21 May 2025 - 20:15)
tullan

“Artıq bir ildir ki, “Environmental protection first” koalisiyası öz fəaliyyətini icra edir. Koalisiya son 1 il ərzində Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələrinin Qafqazın ətraf mühitinə vurduğu ziyanı diqqətlə izləməkdədir. Koalisiyaya üzv olan təşkilatlar tərəfindən bu istiqamətdə aktiv fəaliyyət həyata keçirilməkdədir”.

APA xəbər verir ki, bunu “Environmental protection first” koalisiyasının həmtəsisçisi Amin Məmmədov bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O, 2023-cü ilin yay aylarında təsis olunan koalisiyanın ilk olaraq Ermənistanın tarixi Arazdəyən adı daşıyan Naxçıvanla həmsərhəd ərazidə metallurgiya zavodu tikmək planlarına etiraz bəyanatı ilə fəaliyyətinə başladığını xatırladıb: “Bu fəaliyyətin nəticəsi olaraq xarici investorlar tərəfindən maliyyələşməklə layihələndirilən zavodun tikintisi dayandırıldı. Azərbaycanda fəaliyyət göstərən QHT-lərin həmrəylik göstərərək buna etiraz etməsi öz rolunu oynadı”.

Amin Məmmədovun sözlərinə görə, koalisiya təsis edildikdən sonra Ermənistan ərazisində 20-dən çox nöqtədə, Azərbaycanla həmsərhəd bölgələrə yaxın ərazilərdə Ermənistan Respublikası tərəfindən müxtəlif əlvan və qara metallar hasil edən sənaye müəssisələrinin peyk görüntüləri əsasında hesabat hazırlanıb və o ictimaiyyətə açıqlanıb”.

Həmtəsisçi əlavə edib ki, 2024-cü ilin əvvəlində Amuldağ yatağında qızıl hasilatı ilə bağlı Ermənistan hökumətinin planlarına qarşı etiraz edən erməni QHT-lərinə koalisiya tərəfindən dəstək ifadə olundu: “Bu fəaliyyətin ardınca 2024-cü ilin may ayında koalisiyanın üzvü olan Azərbaycan Kartoqraflar Cəmiyyətinin hazırladığı erməni, ingilis və Azərbaycan dillərində Ermənistanın dağ-mədən sənayesi xəritəsi ictimaiyyətə təqdim edildi. Bütün bu fəaliyyətlər və etirazlara baxmayaraq, Ermənistan hökuməti hələ də xarici investor şirkətlərin Ermənistan ərazisində bu fəaliyyətlərə yatırım etməsinə imkan yaradır və burada ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarını nə Ermənistan ictimaiyyətinə, nə də qonşu ölkələrə təqdim etməsini tələb etmir”.

O vurğulayıb, Ermənistan qoşulduğu və ictimaiyyətin məlumata əlçatanlığını təmin etməsini tələb edən Orxus konvensiyasını, həmçinin transsərhəd bölgələrdə ƏMTQ-ni tələb edən Espo konvensiyasının tələblərini ciddi şəkildə pozmağa davam edir: “Bununla əlaqədar Azərbaycanın istər müvafiq dövlət qurumları, istərsə də vətəndaş cəmiyyəti tərəfindən dəfələrlə etirazlar ifadə edib. Azərbaycanın müstəqil ekspertləri Ermənistanda həmin ərazilərdə fəaliyyət göstərən müəssisələrdə monitorinq keçirilməsi və bu monitorinqə Azərbaycan mütəxəssislərinin cəlb edilməsini tələb edib. Bu tələbin yerinə yetirilməsi ilə bağlı Ermənistan tərəfindən heç bir açıqlama və ya mövqe bildirilməyib. Koalisiya üzvləri olaraq biz bu məsələyə qəti şəkildə bir daha etirazımızı bildirir və beynəlxalq ictimaiyyətin də diqqətini bu məsələyə yönəltməklə Ermənistanın bu sahədə ciddi addım atmasını tələb edirik”.

Post navigation

Previous: Azərbaycanlı jurnalist beynəlxalq festivalın münsiflər heyətinin üzvü seçilib
Next: Sahibkarlar və gömrük rəsmiləri görüşüb, problemlər müzakirə edilib

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Milli Məclisin deputatı Sevinc Hüseynovaya ağır itki üz verib. Gununsesi.info  xəbər verir ki, deputatın həyat yoldaşı Hacı...
Read more about Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.