Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ölkədə məktəb yaşlı uşaqların sayı niyə azalır? –

User 17 Sentyabr 2024 - 08:25 (Last updated: 21 May 2025 - 20:15)
mekteb sagird

Azərbaycanda yeni tədris ili başlayıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqlamasına görə, 2024-2025-ci tədris ili üzrə I sinfə 132 min 261 uşaq qəbul olunub. Bu, ötən ilin göstəriciləri ilə müqayisədə azdır. Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2023-2024-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin I sinfinə 137 min 862 uşaq qəbul olmuşdu.

Statistika göstərir ki, ildən-ilə ölkədə şagirdlərin sayında azalma var. 2022-2023-cü tədris ilində 151 min 560 uşaq I sinfə qəbul olunubsa, 2019-2020-ci tədris ilində bu rəqəm 159 min 644 nəfər təşkil etmişdi. Beləliklə, beş il ərzində I sinfə gedən məktəblilərin sayı 27 min azalıb.

Ötən ilin sonunda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov da bildirmişdi ki, region məktəblərində şagird sayının azalması hiss olunur: “Bu, müəllimlərin müraciətlərində, eləcə də şagird yerdəyişmələrində müşahidə edilir. Kənd məktəblərində şagird sayının azalması ölkə üzrə doğum saylarındakı nisbətin aşağı düşməsi ilə müşahidə olunur”.

Bir neçə il əvvəl elm və təhsil naziri Emin Əmrullayev də I sinfə gedən şagirdlərin sayının azalmasını demoqrafik məsələlərlə izah etmişdi.

Milli Məclisin VI çağırış deputatı Ceyhun Məmmədov “Turan”a bildirib ki, şagirdlərin sayında azalma çox aktual məsələdir və onun üzərinə düşmək lazımdır: “Müvafiq proqramlar qəbul olunmalıdır və ciddi addımlar atılmalıdır. Bu istiqamətdə maarifləndirməyə də çox ciddi ehtiyac var”.

O vurğulayır ki, əvvəlki dövrdə ailələrdə beş-altı uşaq olubsa, bu gün ailələr iki və ya hətta bir övlada üstünlük verirlər: “Bu da cəmiyyətimizdə bir aktual problem kimi özünü göstərir”.

Deputatın sözlərinə görə, səbəblərdən biri boşanmalardır: “Digər səbəb gənclərin artıq nikaha o qədər də meyl göstərməmələridir. Onlar düşünür ki, ailə qurub məsuliyyət götürməkdənsə, qurmamaq daha yaxşıdır. Bu da ciddi bir amildir və biz bunu nəzərdən keçirməliyik, çünki gənclərin bu yanaşması gələcəkdə bizə çətinliklər yaradacaq”.

Təhsil eksperti Nabatəli Qulamoğlu AzadlıqRadiosuna deyir ki, həyat inkişaf etdikcə insanın tələbatları çoxalır: “Bunun üçün də ailəyə gəlir lazımdır. Əgər ailə bunu əldə edə bilmirsə, övlad planlaşdırmasını ixtisara salır. Çoxuşaqlılıq valideynlər üçün qayğıdır və onlar bu qayğının öhdəsindən gələ bilmir. Buna görə də uşaqların sayı, paralel də şagirdlərin sayı azalır”.

Ekspertin fikrincə, şagirdlərin sayının azalması təkcə demoqrafik deyil, həm də sosial prosesdir: “Sosial mühitlə ayaqlaşmaq arzuları həyata keçmədiyi üçün valideynlər belə planlaşdırma aparırlar. İndi uşağı məktəbə göndərmək üçün çoxlu maddi vəsait lazımdır. Ailədə üç-dörd uşaq varsa, bu, artıq ciddi qayğıya çevrilir. Ona görə də valideynlər istəyir ki, uşaqları az olsun, qayğıları da azalsın. Getdikcə, bu tendensiya davam edəcək”.

N.Qulamoğlu hesab edir ki, bu tendensiyanın qarşısını almaq üçün Azərbaycanda maddi nemətlərin bolluğu, azad iqtisadiyyat mühiti olmalıdır.

Post navigation

Previous: AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli istefa verib
Next: Bakıda avtobus 8 yaşlı velosipedçini vuraraq öldürdü

Oxşar xəbərlər

kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
orxan hebs
  • Sosial

DİN həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntüləri yaydı

User 21 Noyabr 2026 - 13:07

xƏBƏR

kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya...
Read more about Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan pasinyan01
  • Dünya

“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan

User 21 Noyabr 2026 - 15:08
Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin” putin kustirtisa01
  • Dünya

Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin”

User 21 Noyabr 2026 - 13:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.