Bakıda avtobus 8 yaşlı velosipedçini vuraraq öldürdü

Bakıda marşrut avtobusu velosipedçini vuraraq öldürüb.

Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Marşrut xətti üzrə “İsuzu NP 37″ markalı avtobus idarəetməni itirərək həmin yoldan velosipedlə keçmək istəyən, Qaradağ rayon sakini, 2016-cı il təvəllüdlü Quliyev Nicat Arif oğlunu vurub.

Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakt araşdırılır. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.