Pavel Durovun uşaqlarının anası “Telegram”ın yarısını tələb edir

Pavel Durovun uşaqlarının anası İrina Bolqar “Teleqram”ın təsisçisi üçün yeni tələblərini açıqlayıb.

Azpost.info xəbər verir ki, o, messenceri Durovla birgə əldə etdiyi əmlak hesab edir və ona olan hüquqların yarısını məhkəmə yolu ilə əldə etmək istəyir.

Bolqarın sözlərinə görə, onların Durovla ortaq üç uşaqları var və münasibətləri 10 il davam edib.

O, əlavə edib ki, Durov uşaqların maddi təminatına zəmanət verəcəyini, onlar üçün vəsait ayıracağını və bahalı ev alacağını vəd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.