Daşkəsəndə yeniyetmə qız dəm qazından zəhərlənib

Tibbi Yardım
Tibbi Yardım

Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə rayonun Kəmərqaya kəndində qeydə alınıb.

Kənd sakini 2009-cu il təvəllüdlü M.Paşayeva hamamda dəm qazından zəhərlənib. 15 yaşlı qıza yaşadığı evdə yardım edilib, durumu kafidir.

Məlumata görə, 15 yaşlı yeniyetmə qız yaşadığı evin vanna otağında çimən zaman dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.