“Qarabağ” turun son oyununda “Sumqayıt”ı məğlub edib

Misli Premyer Liqasında IX tura yekun vurulub.

Son oyun günündə “Sumqayıt” və “Qarabağ” komandaları üz-üzə gəlib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu Elvin Cəfərquliyev vurub.

Günün ilk oyununda “Turan Tovuz” doğma meydanda “Zirə”ni minimal hesabla üstələyib – 1:0.

Turun daha əvvəl baş tutan qarşılaşmalarında “Kəpəz” “Neftçi”ni 4:3, “Səbail” isə “Şamaxı”nı 2:0 hesabı ilə məğlub edib. “Sabah” və “Araz-Naxçıvan” görüşündə isə qalib müəyyənləşməyib – 1:1.

Turnir cədvəlinə 21 xalla “Qarabağ” başçılıq edir. “Turan Tovuz” 18 xalla 2-ci, 17 xallı “Araz-Naxçıvan” isə 3-cü pillədə qərarlaşıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.