Ermənistan Azərbaycanla sərhəddə üzərində səlibçi xaçı olan dövlət bayrağı qaldırıb- FOTO

Ermənistan Azərbaycanla sərhəddə üzərində səlibçi xaçının əks olunduğu dövlət bayrağı qaldırıb.

Görüntülərdə Ermənistanın dövlət sərhədində qaldırdığı bayraqların üzərində səlibçi xaçları aydın görünür.

Məlumdur ki, Ermənistanın dövlət bayrağı üzərində xaç təsviri yoxdur. Belə görünür ki, Ermənistan Azərbaycana qarşı səlibçi niyyətini ifadə etmək üçün dövlət bayrağı üzərində dəyişiklik etmək qərarına gəlib.

Səlib (xaçlı) yürüşlərini simvolizə edən xaç elementini bayrağı üzərinə əlavə edib, Azərbaycanla sərhəddə qaldıran Ermənistanın hansı məqsədlər güddüyü bu addımından aydın görünür(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.