“Ukrayna NATO-nun 33-cü üzvü olmağa layiqdir” –Zelenski paylaşım etdi

“Ukrayna NATO-nun 33-cü üzvü olmağa layiqdir və biz bunun baş verməsi üçün hər şeyi edəcəyik”.
Azpost.info bildirir ki, bu sözləri Ukrayna prezidenti Zelenski NATO Baş katibi ilə görüşündən sonra paylaşımında yazıb.
“Ukraynanın NATO-ya dəvət etməsi bizi diplomatik cəhətdən gücləndirəcək, real və ədalətli sülhə yaxınlaşdıracaq. Ukrayna NATO-nun 33-cü üzvü olmağa layiqdir və biz bunun baş verməsi üçün hər şeyi edəcəyik. NATO-nun baş katibi Mark Rutte ilə görüşümüz zamanı Ukraynanın daha da gücləndirəcək və mübarizəmizdə bizə kömək edəcək addımları müzakirə etdik”-deyə prezident yazıb.
Zelenski Ukraynanın müdafiə istehsalının inkişafına, kritik infrastrukturun yenidən qurulmasına və hərbi yardım göstərməsinə kömək edən NATO üzv dövlətlərinə təşəkkür edib. “Biz NATO üzvlərinin Haaqada keçiriləcək növbəti Zirvə görüşünə qədər Ukraynaya artıq elan edilmiş 40 milyard avroluq maliyyə yardımını çatdırmağa hazır olduqlarına inanırıq”.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.