Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Naxçıvanda müharibə veteranları ilə görüş keçirilib –

User 21 Oktyabr 2024 - 09:00 (Last updated: 21 May 2025 - 20:15)
mu01

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” adlı layihə çərçivəsində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) bölgələrdə veteranlarla görüşləri davam etdirir.

Layihə çərçivəsində bu dəfə Naxçıvan Muxtar Respublikasında geniş tərkibdə görüş keçirilib. Görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov, AVMVİB Naxçıvan Muxtar Respublika təşkilatının sədri Rövşən İsmayılxanlı, rayonların özək sədrləri, müharibə veteranları və müharibə əlilləri iştirak edirdilər.

Tədbirdə çıxış edən AVMVİB təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov layihənin məqsədi barədə iştirakçılara geniş məlumat verdi. Layihənin icrasının artıq bir çox veteranlarımızın problemlərinin həllində oynadığı müsbət rolundan danışdı. Faktlarla layihə çərçivəsində öz hüquqlarını bərpa edə bilmiş veteranlarımızın bundan sonra da hüquqlarının bərpasına hər vasitə ilə yardımçı olacaqlarını qeyd etdi. Həmçinin, veteranlarımızın mövcud problemləri ilə tanışlıq üçün AVMVİB rəhbərliyinin əlavə bir imkan əldə etdiyini, bu imkanı yaradan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə öz minnətdarlığını bildirdi.

Tədbirdə çıxış edən AVMVİB Naxçıvan Muxtar Respublika təşkilatının sədri Rövşən İsmayılxanlı layihənin həyata keçirilməsinin vacibliyindən danışdı. O, müharibə veteranlarının problemlərinə həsr olunmuş belə layihələrin böyük əhəmiyyəti olduğunu və Naxçıvan Muxtar Respublikasında da həyata keçirilməsinin müharibə veteranları tərəfindən rəğbətlə qarşılandığını bildirdi.

AVMVİB təşkilati məsələlər üzrə sədr müavini V.Abdurəhmanov layihə çərçivəsində Naxçıvan veteranlarını maraqlandıran suallara cavablar verdi. Onların qarşılaşdıqları problemlər öyrənildi. Problemlərin həlli yolları onlara izah olundu. Ən böyük problem maddi imkansızlıq ucbatından müharibə vaxtı aldıqları stres-travmaların və xəsarətlərin daha da şiddətlənməsi ilə əlaqədar olaraq müalicə oluna bilməmələri, döyüşlərdə iştirakını təsdiq edən “müharibə veteranı” vəsiqəsini ala bilməmələri və işsizlik idi. Müharibə veteranı vəsiqələrinin alınması üçün ilkin sənədlərin toplanmasında hüquqi məsləhətlər verildi. Müdafiə Nazirliyinin Mərkəzi Arxivlər İdarəsinə və nazirliyin “Veteran adlarının və vəsiqələrin verilməsi” komissiyasına onların daxil olmuş ərizələrinin vaxtında cavablanması ücün təşkilat tərəfindən müraciətlər olunacağı bildirildi.

Sonda tədbir iştirakçıları ilə birgə xatirə şəkilləri çəkildi.

Post navigation

Previous: “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsi yekunlaşır –
Next: Bu günün valyuta məzənnələri

Oxşar xəbərlər

rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
iran restoran
  • Sosial

Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc

User 25 Oktyabr 2026 - 17:00

xƏBƏR

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və...
Read more about Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.