“Regionda yaxın aylar çox gərgin olacaq, diqqətli olmalıyıq” –Bidzina İvanişvili

Gürcü milyarder, hakim “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili Gürcüstanda parlament seçkilərinə beş gün qalmış “İmedi” kanalına müsahibə verib.

Azpost.info bildirir ki, o, “kollektiv milli hərəkat” təhlükəsindən danışıb və geosiyasət mövzusuna toxunub.

İvanişvili deyib ki, Ukraynada müharibənin başa çatması ilə hər şey sakitləşəcək və o zaman Gürcüstanın Qərb tərəfdaşları ilə münasibətlərinin yenidən bərpa olunacağını gözləmək olar.

“Səhv etməmək üçün çox diqqətli olmalıyıq. Əks halda heç vaxt düzəldə bilməyəcəyimiz bəla ilə üzləşəcəyik. Yaxın gələcək, aylar çox gərgin olacaq, bu gün geosiyasət çox mürəkkəbdir. Bu, bütün regionun üzləşdiyi çətin reallıqdır, biz bunu nəzərə almalıyıq”, – deyə o vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.