Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Kəkələməyə oğlanlarda daha çox rast gəlinir –

User 26 Aprel 2025 - 17:01 (Last updated: 21 May 2025 - 20:15)
kekeleme

Araşdırmalara görə, oğlanlarda kəkələməyə qızlara nisbətən dörd dəfə daha çox rast gəlinir.

Anadolu Agentliyinin məlumatına görə, bununla bağlı türkiyəli nitq və dil terapevti Çağıl Özyılmaz məlumat verib.

Özyılmaz bildirib ki, kəkələmə erkən uşaqlıq dövründə başlayır: “Əsasən bu hal 2-4 yaşlarında olan uşaqlarda baş verir. Kəkələmədə yaranan kəsilmələri – səslərin, hecaların və ya təkhecalı sözlərin təkrarı, səslərin uzadılması, pauza şəklində olması, əlavə olaraq sözlərin dəyişdirilməsi, göz qırpma, ayaq döymə, baş hərəkətləri müşahidə edilə bilər. Kəkələmənin şiddəti və təsir səviyyəsi insandan insana dəyişir. Səbəbi tam bilinməsə də, kəkələmə genetik faktorlardan təsirlənir və çoxölçülü etiologiyaya malikdir. Narahatlıq, qorxu və travma kimi psixoloji proseslər kəkələmənin yeganə səbəbi deyil. Kəkələmə təkcə nitq pozğunluğu deyil, həm də ünsiyyət pozğunluğudur”.

Terapevt bildirib ki, araşdırmalara görə, kəkələmənin 80 faizi erkən yaşlarda meydana gəlir: “Uşaqlıqda bu vəziyyət öz-özünə keçə bilər, amma keçmirsə, deməli xronikidir. Kəkələmənin xroniki hala keçməsi üçün bəzi risk faktorları mövcuddur. Bu risk faktorlarına 3,5 yaşından sonra kəkələmənin başlaması, ailə üzvlərində kəkələmənin olması, kəkələmə ilə müşayiət olunan digər dil və nitq pozğunluqlarının olması, kəkələmənin bir ildən çox davam etməsi və zaman keçdikcə daha da şiddətli hala gəlməsi və s. kimi vəziyyətlər daxildir. Kəkələmənin xroniki hala keçməyə başladığını göstərən amillərə heca təkrarlarından sonra uzanma və buna bənzər yavaşlamaların baş verməsi aiddir. Kəkələmə zamanı müəyyən mənfi davranışla sərgilənir, nəticədə insanda öz nitqi ilə bağlı mənfi hisslər və düşüncələr formalaşmağa başlayır. Kəkələmə təkcə nitq pozğunluğu deyil, həm də ünsiyyət pozğunluğudur”.

“Kəkələyən insan həmyaşıdları ilə münasibətlərdə çətinlik çəkə, həyat tərzi keyfiyyəti aşağı düşə, özünəinam problemi yaşaya bilər. Bu səbəbdən də ailələr narahatlıq, qorxu və vəziyyəti idarə etməkdə çətinlik çəkir. Müalicələr kəkələməni azaltmaq, insanın bunu idarə etməsinə yardımçı olmaq məqsədi daşıyır. Həmçinin mənfi hiss və düşüncələri dəyişdirərək insanları kəkələməyə qarşı laqeydləşdirmək məqsədi daşıyır”, – deyə Çağıl Özyılmaz əlavə edib.

Post navigation

Previous: “Təkbətək bir çox məsələni müzakirə elədik” –
Next: Diş sağlamlığı üçün şəkərli qidalardan uzaq durmaq kifayətdirmi?

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.