Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bəzi küçə və prospektlərdə COP29-la bağlı monitorinqlər davam etdiriləcək

Orkhan Ali 25 Oktyabr 2024 - 21:11 (Last updated: 21 May 2025 - 20:15)
671bcde557ffd671bcde557ffe1729875429671bcde557ffb671bcde557ffc

COP29 konfransı ərəfəsində tədbir tarixləri ərzində nəqliyyat proseslərinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdiriləcək.

Oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun simulyasiya edilərək icra olunacaq. Monitorinq tədbirləri zamanı Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Beyhbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şosselərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək. Qeyd edilən saatlarda sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılacaq simulyasiya prosesinə COP29-un avtomobil və avtobusları ilə yanaşı, təcili tibbi yardım və yanğınsöndürmə maşınları da cəlb ediləcək. Bu zaman paytaxtın mərkəzi hotelləri, hava limanı, tədbir məkanı olan Bakı Stadionu və qonaqların hərəkət edəcəyi digər əsas istiqamətlərdə nəqliyyat hərəkətinin simulyasiyası baş tutacaq.

Bundan əlavə, 27 oktyabr tarixində saat 10:00-dan 14:00-dək əhaliyə narahatlıq yaratmamaq məqsədilə yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən paytaxtın bəzi küçə və prospektlərində COP29-a məxsus avtobusların da monitorinqi baş tutacaq.

Post navigation

Previous: “Grammy” mükafatını almış məşhur reper qətl sifarişinə görə həbs edilib
Next: Regionda qadınların bələdiyyə seçkilərində namizədliyinə dəstək tədbiri keçirilib –

Oxşar xəbərlər

tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
fuzuli rza
  • Sosial

Füzuli Rzaquliyev vəfat edib

User 09 Noyabr 2026 - 13:53

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.