Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

MEDİA ingilisdilli jurnalistlər üçün ADA-da təlimlərə başlayıb

User 31 Oktyabr 2024 - 19:33 (Last updated: 21 May 2025 - 20:15)
me01

COP29-un işıqlandırılmasında aktiv iştirak edəcək ingilisdilli jurnalistlər üçün təşkil edilən silsilə təlimlər çərçivəsində Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “COP29 və Dayanıqlı Media Təcrübələri” mövzusunda növbəti təlimlərə başlanılıb.

Təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çağdaş dövrdə ekoloji problemlərin qlobal miqyasda artmasının ətraf mühitin qorunması istiqamətində daha funksional və əhatəli addımların atılmasına zərurət yaratdığını vurğulayıb. O, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində iqlim dəyişikliyi və ona qarşı mübarizə üsulları barədə effektiv məlumatlandırmanın həyata keçirilməsində, cəmiyyətin bu problemin həllində fəal iştiraka və sağlam gələcək naminə innovativ ideya və həllər irəli sürməyə təşviq edilməsində medianın müstəsna rol oynadığını bildirib.

İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova isə qeyd edib ki, həyata keçirilən silsilə təlimlərin əsas məqsədi media nümayəndələrini iqlim dəyişikliyi ilə bağlı beynəlxalq səviyyədə qabaqcıl bilik və anlayışlarla təmin etmək, onların bu sahədə savadlılığını artırmaq, xarici ekspertlərin təcrübələrini onlarla paylaşmaqdır.

“Economyfirst Limited London” şirkətinin direktoru, təcrübəli jurnalist Klaus-Peter Ralf Jurgens “Mavi və Yaşıl Zona”larda jurnalistlərin fəaliyyəti, qlobal iqlim problemlərinin hansı formada vizuallaşdırıla və auditoriyaya çatdırıla biləcəyi, həmçinin COP29 konfransının ictimaiyyəti, gəncləri, qeyri-hökumət təşkilatlarını və digər maraqlı tərəfləri necə cəlb edəcəyi haqqında tədbir iştirakçıları ilə ətraflı müzakirələr aparıb.

 

Təlimin davamında çıxış edən Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir “Ətraf mühit jurnalistikası və ictimai diplomatiya” adlı sessiyada diplomatların xarici ictimaiyyətlə birbaşa əlaqə yaratmaq, qlobal rəyə təsir etmək və beynəlxalq əlaqələr qurmaq üçün sosial media platformalarından istifadə metodları və jurnalistlərin beynəlxalq müqavilələr haqqında necə effektiv məlumatlandırma apara biləcəklərindən danışıb.

Media sahəsində iyirmi ildən çox beynəlxalq təcrübəyə malik, “CNN”, “ABC News”, “Channel News Asia”, “Deutsche Welle TV” kimi məşhur media subyektlərində çalışmış, yüksək səviyyəli beynəlxalq konfrans və sammitlərdə moderator olaraq iştirak etmiş, jurnalist-teleaparıcı Ali Aslan öz növbəsində beynəlxalq statuslu jurnalistin formalaşması üçün əhəmiyyətli olan bilik və bacarıqlar barədə məlumat verərək öz təcrübələrini bölüşüb, COP29 kimi irimiqyaslı tədbirlər zamanı media nümayəndələrinin təfərrüatlı və cəlbedici cavabları təşviq edən təsirli suallar hazırlamaq üçün istifadə etdikləri texnikalardan bəhs edib.

 

Anadolu Agentliyinin Ekoloji xəbərlər departamentinin rəhbəri Hale Aydoğmuş isə iqlim jurnalistikasının əsas anlayışları və terminləri, ətraf mühit xəbərlərinin hazırlanma prosesində vizualların əhəmiyyəti, sosial mediada paylaşımlar, eyni zamanda, “Yaşıl Xətt” təcrübəsi barədə iştirakçılarla diskussiya aparıb.

 

 

Post navigation

Previous: İpoteka Fondu sahibkarlara verilən kreditin həcmini açıqlayıb
Next: 28 May metrosu qarşısında təmirə bağlanmış ərazidə açılışa hazırlıq gedir –

Oxşar xəbərlər

sosial sebeke
  • Media

Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? – Facebook geridə, Instagram nə yerdədir? / STATİSTİKA

User 14 Noyabr 2026 - 15:15
media yayim açlqma
  • Media

Media və Yayım Şurası açıqlama yaydı

User 13 Noyabr 2026 - 12:50
nvida sedr
  • Media

“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi

User 12 Noyabr 2026 - 18:48

xƏBƏR

pehriz qida
  • Maraqlı

Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept

User 14 Noyabr 2026 - 23:07
Arıqlamaq istəyən bir çox insan üçün axşam yeməyi əsl sınağa çevrilə bilər. Həm aclığı aradan qaldıran, həm...
Read more about Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept
“Bandotdel” Ramiz Mehdiyevin qızının vəkilini saxladı ramiz qizi
  • Sosial

“Bandotdel” Ramiz Mehdiyevin qızının vəkilini saxladı

User 14 Noyabr 2026 - 21:33
Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı dublin
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06
Tramp İranla müharibənin başa çatdığını bildirib tramp cixis
  • Dünya

Tramp İranla müharibənin başa çatdığını bildirib

User 14 Noyabr 2026 - 18:39
Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır? is yeri
  • Baş Yazı

Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır?

User 14 Noyabr 2026 - 17:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.