Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

İlham Əliyev “28 May”ın qarşısında aparılmış təmirlə tanış olub

User 01 Noyabr 2024 - 12:55 (Last updated: 21 May 2025 - 20:15)
il park01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına paytaxtımızda Puşkin küçəsinin Azadlıq prospekti ilə birləşməsindən Dilarə Əliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində – Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə görülmüş işlər barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb. Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb. Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar quraşdırılıb. Həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb.

Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində ölkəmizin hər yerində, o cümlədən paytaxt Bakıda abadlıq-quruculuq işləri geniş vüsət alıb.

Azərbaycanın 2030-cu ilə qədər təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi sosial-iqtisadi inkişafa dair milli prioritetlər sırasındadır. Bu xüsusda görülən işlər həm paytaxt sakinlərinin və Bakıya gələn çoxsaylı turistlərin istirahəti üçün müvafiq şəraitin yaradılması, həm də şəhərin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlı olduğunu bir daha nümayiş etdirir. COP29-a ev sahibliyi edəcək ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən abadlıq və yenidənqurma işləri də ətraf mühitin sağlamlaşdırılmasına mühüm töhfə verir, eyni zamanda, Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirir.

 

 

Post navigation

Previous: Sabiq icra başçısının cəzası bir il azaldıldı
Next: COP29-la bağlı 2 dildə fəaliyyət göstərən Çağrı Mərkəzi işə başladı

Oxşar xəbərlər

Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05

xƏBƏR

puti cin tramp
  • Dünya

Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb

User 25 Oktyabr 2026 - 15:06
Çində Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli görüşünə hazırlıq başlayıb. Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə...
Read more about Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb
Yadplanetlilər həqiqətən varmı? uno yad planet
  • Maraqlı

Yadplanetlilər həqiqətən varmı?

User 25 Oktyabr 2026 - 15:00
Mahnı insanı illər əvvələ necə qaytarır? – Musiqi ilə yaddaş arasındakı maraqlı əlaqə mahni oxumaq
  • Maraqlı

Mahnı insanı illər əvvələ necə qaytarır? – Musiqi ilə yaddaş arasındakı maraqlı əlaqə

User 25 Oktyabr 2026 - 14:40
Kirayə ev tutanlar müqavilədə bu 6 məqama diqqət etsin! Müqavilə
  • Sosial

Kirayə ev tutanlar müqavilədə bu 6 məqama diqqət etsin!

User 25 Oktyabr 2026 - 14:20
Bank kartı ilə bağlı 7 səhv pul itkisinə səbəb ola bilər Kart
  • Maraqlı

Bank kartı ilə bağlı 7 səhv pul itkisinə səbəb ola bilər

User 25 Oktyabr 2026 - 14:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.