Şahin Diniyev “Səbail”-in baş məşqçisi postundan istefa verib

“Səbail”-də gözlənilən ayrılıq reallaşıb.

Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Şahin Diniyev istefa verib.

O, qərarını “Kəpəz”lə matçdan sonra baş tutan mətbuat konfransında açıqlayıb: “Oyun haqda danışmalı bir şey yoxdur. Rəhbərliklə görüşdüm. Öz xahişimlə istefa verdim. Nəyisə dəyişmək istədim. Amma bundan sonra dəyişiklik üçün özümdə güc görmürəm. Futbolçulara təşəkkür edirəm. Bütün oyunlarda vuruşdular. Bu, futboldur, hər şey olur”.

Qeyd edək ki, Tovuz şəhər stadionunda keçirilən “Kəpəz” – “Səbail” matçı Gəncə təmsilçisinin 1:0 hesabı qələbəsi ilə nəticələnib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.