Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Əngəlsiz qayıdış” adlı filmin təqdimatı oldu –

User 03 Noyabr 2024 - 17:48 (Last updated: 21 May 2025 - 20:15)
film01

“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dəstək Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə reallaşdırdığı “Əngəlsiz qayıdış”: minalarla mübarizə adlı layihəsinin icrasını yekunlaşdırıb.

Layihənin əsas məqsədi azad olunan ərazilərə əngəlsiz qayıdışla bağlı vəziyyəti araşdırmaq, sakinlərin doğma yurdlarına qayıdışına mane olan mina problemi və onun yaratdığı fəsadları dünya ictimaiyyətinə çatdırmaq olub.

Bu məqsədlə Azərbaycan və ingilis dillərində Qarabağ və Şərqi Zəngəzurda minalardan zərər çəkən mülki şəxslərin hekayələrini, minatəmizləmə əməliyyatlarını və əldə olunan nəticələri əks etdirən  “Əngəlsiz Qayıdış” adlı qısametrajlı film çəkilib. Filmin geniş təqdimat mərasimi keçirilib. İctimai Birliyin sədri Anar Yusifzadə bildirib ki, layihənin məqsədi mina problemi və onun yaratdığı fəsadları dünya ictimaiyyətinə insan hekayələri vasitəsilə çatdırmaqdır.

Filmin ssenari müəllifi Esmira Namiqqızı Füzuli rayonunun Alxanlı kəndində çəkilən film müharibənin faciəsini yaşayan – doğma yurdlarından məcburi köçkün düşən bir ailənin başına gələn hekayədən bəhs etdiyini söyləyib. Rejissoru Elnur Cəbrayılov olan filmin qəhrəmanı, minadan zərərçəkən Asif Əhmədov və iki şəhid, bir qazi anası Nailə Əhmədova çıxış edərək, insanları mina faciəsi yaşamamaq üçün ehtiyatlı olmağa çağırıblar.

Tədbirdə çıxış edən millət vəkilləri Ceyhun Məmmədov, Hikmət Babaoğlu, Elçin Mirzəbəyli, Tahir Rzayev, Sevil Mikayılova, Razi Nurullayev, Vüqar İskəndərov, “Konstitusiya” Araşdırmalar Fondunin prezidenti Əliməmməd Nuriyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl, Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədli, “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, politoloq Anar Əliyev, “Qadın İslahatçıları və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli, jurnalist Elşad Məmmədli, Bəxtiyar Hacıyev, nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev filmin peşəkarlıqla hazırlandığını, olduqca təsirli olduğunu və cəmiyyətə çoxsaylı sosial mesajlar verdiyini bildiriblər.

İctimai Birliyin sədr müavini Jalə Sabirqızı çıxış edərək, “Əngəlsiz qayıdış” layihəsi üzrə həmçinin azad olunan ərazilərdə əlilliyi olan şəxslər üçün yaradılan mövcud mühit, infrastrukturun müəssərliyinə dair hazırkı vəziyyət, çətinliklər və imkanlar haqqında Araşdırma Hesabatının hazırlandığını bildirib. Aparılan tədqiqatda əlilliyi olan şəxslərin azad edilən ərazilərdə maneəsiz məskunlaşması, reabilitasiyası və sosial, iqtisadi, mədəni həyata inteqrasiyasına dair təkiliflərin yer aldığını qeyd edib.

“Əngəlsiz qayıdış” filmi

 

 

Post navigation

Previous: Naxçıvanı Azərbaycanla birləşdirəcək körpü sürətlə tikilir –
Next: Şahin Diniyev “Səbail”-in baş məşqçisi postundan istefa verib

Oxşar xəbərlər

gulmek
  • Sosial

İnsan hirsindən nə üçün gülür? – Psixoloqlar bunun səbəbini açıqlayır

User 21 Oktyabr 2026 - 17:23
derman
  • Sosial

İnsultun müalicəsində yeni dərman təsdiqləndi – Laxtanı saniyələr içində həll edir

User 21 Oktyabr 2026 - 17:11
menzil
  • Sosial

Kirayə mənzil almaq istəyənlər üçün yeni qaydalar – şərtlər dəyişdi

User 21 Oktyabr 2026 - 16:41

xƏBƏR

putin uitkof
  • Dünya

Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA

User 21 Oktyabr 2026 - 18:30
Rusiya noyabr ayında Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazırdır. Bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə...
Read more about Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA
“Şahdəniz”də yeni mərhələ – Kompressiya layihəsi Azərbaycana nə qazandıracaq? Şahdəniz
  • Baş Yazı

“Şahdəniz”də yeni mərhələ – Kompressiya layihəsi Azərbaycana nə qazandıracaq?

User 21 Oktyabr 2026 - 18:14
Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
Putinlə Trampın xüsusi elçisi arasında görüş başa çatıb putin uitkof iclas
  • Dünya

Putinlə Trampın xüsusi elçisi arasında görüş başa çatıb

User 21 Oktyabr 2026 - 17:27
İnsan hirsindən nə üçün gülür? – Psixoloqlar bunun səbəbini açıqlayır gulmek
  • Sosial

İnsan hirsindən nə üçün gülür? – Psixoloqlar bunun səbəbini açıqlayır

User 21 Oktyabr 2026 - 17:23
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.