Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

YAP-ın Xətai və Nərimanov rayon təşkilatlarına yeni sədrlər təyin olunub

Orkhan Ali 06 Noyabr 2024 - 18:46 (Last updated: 21 May 2025 - 20:15)
yap

Noyabrın 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

Bu barədə YAP-dan məlumat verilib.

Bildirilib ki, iclasda YAP Xətai və Nərimanov rayon təşkilatlarına sədr təyin olunması məsələsinə baxılıb, Ramil Kamil oğlu Mirzəyevin və Elçin Bəybala oğlu Quliyevin namizədliyi ətrafında müzakirələr aparılıb.

YAP İdarə Heyətinin üzvləri Musa Quliyev, Şahin İsmayılov, Mübariz Qurbanlı, Hikmət Məmmədov, Bahar Muradova, Elmar Qasımov, Azər Badamov, Kamal Cəfərov, Bayram Aslanov və Əfsun Sucayev çıxış edərək hər iki şəxsin namizədliyini dəstəklədiklərini bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Müzakirələrdən sonra Ramil Kamil oğlu Mirzəyevin YAP Xətai rayon təşkilatının, Elçin Bəybala oğlu Quliyevin isə Nərimanov rayon təşkilatının sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul olunub.

Hər iki şəxs çıxış edərək partiya rəhbərliyinə təşəkkürlərini bildirib və göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

Ərazi bütövlüyü və suverenliyini bərpa edən ölkəmizin yeni dövrə qədəm qoyduğunu vurğulayan YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu dönəmdə YAP yerli təşkilatlarının da üzərinə böyük məsuliyyət düşdüyünü, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müəyyənləşdirdiyi, eləcə də partiyanın Nizamnamə və Proqramından irəli gələn vəzifələrin günün tələbləri səviyyəsində mütəşəkkil və operativ yerinə yetirilməsinin qarşıda duran əsas məsələ olduğunu diqqətə çatdırıb.

YAP Mərkəzi Aparatının rəhbəri yeni təyin olunmuş sədrləri təbrik edərək onlara göstərilən yüksək etimadı doğruldacaqlarına inamını ifadə edib.

Post navigation

Previous: Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Next: Şəhidlərin tələbə övladları Milli Məclisdə olublar

Oxşar xəbərlər

ilham vyet prez
  • Siyasət

Prezidentlər geniş tərkibdə görüşdü

User 21 Noyabr 2026 - 12:27
ilham vyetnam
  • Siyasət

Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul edib

User 21 Noyabr 2026 - 10:42
tofiq zülfüqarov
  • Siyasət

“Tramp İran məsələsində Rusiya və Çindən kömək istəyib” – Tofiq Zülfüqarov

User 20 Noyabr 2026 - 12:04

xƏBƏR

putin kustirtisa01
  • Dünya

Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin”

User 21 Noyabr 2026 - 13:34
Rusiya Prezidenti Vladimir Putin Ukrayna hərbçilərini Rusiya tərəfinə keçməyə çağırıb. O, hesab edir ki, ruslar və ukraynalılar...
Read more about Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin”
DİN həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntüləri yaydı orxan hebs
  • Sosial

DİN həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntüləri yaydı

User 21 Noyabr 2026 - 13:07
“Milad bayramına qədər Ukrayna və Rusiya arasında atəşkəs əldə oluna bilər” melani tramp
  • Dünya

“Milad bayramına qədər Ukrayna və Rusiya arasında atəşkəs əldə oluna bilər”

User 21 Noyabr 2026 - 12:31
Prezidentlər geniş tərkibdə görüşdü ilham vyet prez
  • Siyasət

Prezidentlər geniş tərkibdə görüşdü

User 21 Noyabr 2026 - 12:27
ChatGPT, yoxsa Claude – Hansı süni intellekt daha güclüdür? / 5 əsas fərq chtgpt
  • Media

ChatGPT, yoxsa Claude – Hansı süni intellekt daha güclüdür? / 5 əsas fərq

User 21 Noyabr 2026 - 11:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.