Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Kurskda əks-hucum Rusiya üçün fəlakətə çevrilib” –

User 12 Noyabr 2024 - 15:17 (Last updated: 21 May 2025 - 20:15)
kursk

Rusiya silahlı qüvvələri Ukrayna qoşunlarını sıxışdırıb çıxarmaq üçün artıq üçüncü gündür ki, Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatı keçirir, lakin bu hücum Rusiya üçün fəlakətə çevrilib.

Azpost.info bildirir ki, bu barədə BİLD qəzeti məlumat yayıb.

Qəzetin  açıq məlumatların təhlili üzrə ekspert Culian Röpkenin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri yalnız iki kiçik yaşayış məntəqəsini – Poqrebki və Darinonu geri ala bilib, bu zaman böyük itkilərlə üzləşib. “Bu əks-hücum nəticəsində Rusiya əsasən müasir BTR-82A olmaqla 28 zirehli texnikasını itirib, 200-dən çox əsgəri ölüb və yaralanıb. Vladimir Putin və onun generalları üçün bu fəlakət oldu”, – Röpke yazır.

Ukrayna qoşunları avqustun 6-da Kursk vilayətinə hücuma başlayıb. Baş komandan Aleksandr Sirskinin sözlərinə görə, döyüşlərin ilk həftəsində onlar təxminən 1300 kvadrat kilometr ərazini nəzarətə götürərək 100-ə yaxın yaşayış məntəqəsini ələ keçiriblər.

Sentyabr və oktyabr aylarında rus qoşunları əks hücuma cəhd edib. Oktyabrın ortalarına qədər DeepState analitik layihəsinə görə, təxminən 615 kvadrat kilometr ərazi Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qalıb. Daha 309 kv. km “boz zona” adlanan ərazi olub. Bunun fonunda Ukrayna prezidenti Vladimir Zelenski Kursk vilayətində “bufer zona”nın yaradılmasının Ukrayna işğalının strateji məqsədlərindən biri olduğunu və Ukrayna qoşunlarının öz mövqelərini saxlamaqda davam etdiyini bildirib.

Noyabrın 10-da “The New York Times” ABŞ və Ukrayna rəsmiləri arasındakı mənbələrə istinadən yazıb ki, Rusiya Müdafiə Nazirliyi Kursk bölgəsini azad etmək üçün 50 min nəfərlik zərbə qüvvəsi formalaşdırıb. Buraya Rusiya hərbçilərindən əlavə KXDR-dən olan hərbçilər də daxil edilib.

Post navigation

Previous: Prezident İlham Əliyev İordaniya Vəliəhdi ilə görüşüb
Next: Ermənistana ən çox hansı ölkələrin vətəndaşları gəlib? –

Oxşar xəbərlər

Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp vitse-prezident Vensi İranla bağlı danışıqlardan kənarlaşdırdı

User 13 Noyabr 2026 - 13:14
zelenski
  • Dünya

“Allah eləsin, müharibə başa çatsın… Açıqlamağa hazır olmadığım məsələlər var”- ZELENSKİ

User 13 Noyabr 2026 - 11:28
zelenski uitkof kusner
  • Dünya

Moskvanın etirazına baxmayaraq, Avropa Ukrayna danışıqlarına cəlb olunur

User 13 Noyabr 2026 - 09:26

xƏBƏR

Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp vitse-prezident Vensi İranla bağlı danışıqlardan kənarlaşdırdı

User 13 Noyabr 2026 - 13:14
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensi İranla bağlı danışıqlar prosesindən uzaqlaşdırıb. Azpost.info bildirir ki, bu...
Read more about Tramp vitse-prezident Vensi İranla bağlı danışıqlardan kənarlaşdırdı
Azərbaycan “Avropa Siyasi Birliyi”nin üç sənədini imzalamaqdan imtina edib xin
  • Siyasət

Azərbaycan “Avropa Siyasi Birliyi”nin üç sənədini imzalamaqdan imtina edib

User 13 Noyabr 2026 - 13:02
Media və Yayım Şurası açıqlama yaydı media yayim açlqma
  • Media

Media və Yayım Şurası açıqlama yaydı

User 13 Noyabr 2026 - 12:50
BÖYÜK ÇÖLÜN SÖZ SALNAMƏSİ f8e84ed9-4848-4959-845c-5ea0aba15c0c
  • Sosial

BÖYÜK ÇÖLÜN SÖZ SALNAMƏSİ

User 13 Noyabr 2026 - 12:48
Pensiya sistemində ciddi dəyişiklik – Dövlətin pulu azalıb, ödənişlər artır / TƏHLİL pensiya esas
  • Baş Yazı

Pensiya sistemində ciddi dəyişiklik – Dövlətin pulu azalıb, ödənişlər artır / TƏHLİL

User 13 Noyabr 2026 - 12:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.