Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Ümid edirəm ki, COP29 etimad və sözlərdən əmələ keçid konfransı olacaq

Orkhan Ali 12 Noyabr 2024 - 18:17 (Last updated: 21 May 2025 - 20:15)
şarl mişel

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel COP29-un etimad, dözümlülük və sözlərdən əmələ keçid konfransı olacağına ümidvar olduğunu deyib.

O, bunu COP29 Liderlər Sammitində çıxışı zamanı deyib.

Ş.Mişel iqlim dəyişikliyinin dağıdıcı nəticələrinin dünyada getdikcə daha çox müşahidə olunduğunu vurğulayıb. “Bəşəriyyət ilk dəfə belə bir iqlim böhranı ilə üzləşib. Bu böhrana görə məsuliyyəti də məhz bəşəriyyət daşıyır. Bəzi birliklər şübhəsiz ki, digərlərindən daha çox məsuliyyət daşıyır”, – o bildirib.

Onun sözlərinə görə, Paris Sazişinin həyata keçirilməsinin əsasını əməkdaşlıq prinsipi təşkil etməlidir. “Biz cəsarət və həmrəylik nümayiş etdirməliyik. Siz maliyyə öhdəlikləri çərçivəsində hər il 31 milyard ABŞ dolları ayıran Avropa İttifaqına güvənə bilərsiniz. Biz G7 ölkələri və sürətlə inkişaf edən iqtisadiyyatlar da daxil olmaqla bütün həmkarlarımızı bizdən nümunə götürməyə çağırırıq”, – Aİ Şurasının Prezidenti qeyd edib.

O, həmçinin vurğulayıb ki, Aİ iqlim dəyişiklikləri ilə mübarizədə çoxsəviyyəli yanaşmanı dəstəkləyir. Ş.Mişel qarşıya qoyulan məqsədlərə çatmaq üçün beynəlxalq ticarəti və inkişaf banklarını səfərbər etməyə çağırıb.

“Bədbin proqnozlara baxmayaraq, bir neçə həftə bundan əvvəl Nyu-Yorkda “Gələcək naminə pakt” imzaladıq. Ümid edirəm ki, bu tərəflər konfransı etimad, dözümlülük və sözlərdən əmələ keçid konfransı olacaq”, – o əlavə edib.

Post navigation

Previous: Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib
Next: Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.